Multimedia

Müharibə iştirakçıları Nazirlər Kabineti önündə aksiya keçirdi

1 May, 2023
329

Bir qrup İkinci Qarabağ Müharibəsinin iştirakçıları Nazirlər Kabinetinin önündə aksiya keçirib. Etirazçılar mayın 1-də keçirdikləri aksiyada onlara “ müharibə iştirakçısı” statusunun və veteranlıq təqaüdlərinin verilməsini tələb ediblər.  

Müharibə iştirakçıları nazirlər kabinetinin əməkdaşları və polislərlə qurumun qəbul şöbəsinə aparılıb.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2022-ci ilin yanvarın 1-dən etibarən hər bir müharibə veteranı adını qazanmış vətəndaşlara   aylıq 80 manat təqaüd təyin olunub. Müharibədən sonra bu status ala bilməyən bir qrup müharibədə iştirak etmiş şəxslər dəfələrlə Müdafiə nazirliyi önündə etiraz edib.  Həmin müharibə iştirakçılarına nazirlikdən bildirilmişdi ki, onlara tələb etdikləri status düşmür və daha sonra nazirlik vətəndaşları Nazirlər Kabinetinə yönləndirmişdi.

Məsələ ilə bağlı Nazirlər Kabineti ilə əlaqə saxlamaq mümkün olmadı. Amma qəbula girən şikayətçilərin sözlərinə görə, qurumdan onlara müraciətlərinə bir ay ərzində cavab veriləcəyi bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo