Multimedia

Naxçıvan- Arazboyu kəndlərin səfaləti

Samirə Əli
9 Fevral, 2023
149

Şərurun Axaməd kəndinə yaşayan Məhərrəm kişi tez-tez nəvələrini də götürüb evlərinin yaxınlığındakı kanala gəlir. Deyir, kanaldakı su duzlu olduğundan orda əvvəlki kimi balıq qalmasa da, duzlu-məzəli söhbətlər edə-edə nəvələrinə balıq tutmağı öyrədir. 

Məhərrəm Əliyevin yaşadığı Şərurun Axaməd kəndi İranla sərhəddə yerləşir. Rəsmi rəqəmlərə görə, kəndin 1000-ə yaxın sakini var. Amma yerli camaatın dediyinə görə, burda cəmi 170 evdə yaşayış var.  Məhərrəm Əliyevin həyat yoldaşı Səadət Allahverdiyeva  deyir ki, işsizlikdən bəziləri Türkiyəyə, bəziləri  Naxçıvan şəhərinə, bəziləri də paytaxt  Bakıya üz tutub.

 Məhərrəm Əliyev danışır ki, əvvəllər İranla sərhəd açıq olanda lazım olan ərzağı ordan ucuz qiymətə alıb gətirərmiş. Beləcə ailəsinin büdcəsinə qənaət edərmiş. Amma artıq  3 ildir ki, quru sərhəd bağlıdır, üstəlik də gömrük rüsumları artıb. Odur ki, indi ailəsini aldığı pensiya və  sovetdən qalma maşını ilə dolandırmağa məcburdur:

 Axaməddə dolanışıqla yanaşı susuzluq və yolsuzluq da problemdir.  Məhərrəm Əliyev deyir ki, bələdiyyəyə şikayət etdikdən sonra kəndin girişinə asfalt çəkilsə də, yaşayış olan əsas məhəllələrdə “köhnə hamam,köhnə tasdır”.

Şərurun Xələc kəndi də İranla sərhəddə yerləşir. Bu kəndin də başlıca problemi dolanışıqla, susuzıluqla bağlıdır. Xələc Naxçıvanı kənd təsərrüfatı məhsulları ilə təmin edən əsas kəndlərdəndir. Sakinlərin dediyinə görə, əgər kəndlilərə şərait yaradılsa, başqa ölkələrdən meyvə-tərəvəz gətirməyə ehtiyac qalmaz.  Xələc sakini Niyaməddin Məmmədli söyləyir ki, ötən il əkib-becərdikləri məhsulu sata bilmədiklərinə görə tonlarla soğan əllərində qalıb:

Digər kənd sakini Fikrət Rzayev deyir ki, İrandan kənd təsərrüfatı malları gətirildiyi üçün yerli fermerlərin məhsulları əllərində qalır:

 Vaxtilə Talıbovun dövründə kəndlərdə çayxanaların çoxu sökülüb. Onun istefasından sonra Xələc sakinləri əl-ələ verib yenidən çayxana tikirlər.  Xələclilər deyirlər, çətinliklərdən bezəndə barı arada bir yerə yığışıb ürəyimizi boşaldarıq. Axəmadlilərin də, xələclilərin də indi bircə istəyi var: daimi iş və bir də boşalmaqda olan kəndlərə əvvəlki ab-havanın qayıtması.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart 2023
Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb. 183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır.  Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s. Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.
Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Seçilmiş Videolar

Toplum TV loqo