Əziz Məmiyev oktyabrın 24-də AXCP-nin təşkil etdiyi aksiyada polis tərəfindən zorakılığa məruz qaldığını deyir.
Bu, Azərbaycanda ilk belə hal deyil. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılığa məruz qalmış şəxslər öz hüquqlarını nə dərəcədə qoruya bilirlər? Vəkil Zibeydə Sadıqova deyir, bu tip hadisələr zamanı Azərbaycan məhkəmələrində müsbət nəticə əldə etmək əksər hallarda mümkün deyil.
Baş Prokurorluq Toplum TV-yə açıqlamasında bildirilib ki, hər bir müraciət üzrə qanunvericiliyin tələblərinə əsasən araşdırma aparılır və qanunamüvafiq qərarların qəbul edilməsi təmin edilir.
Daxili İşlər Nazirliyindən isə Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, hər bir iddia yoxlanılır, araşdırılır. Təsdiqini tapan neqativ hallarla bağlı ictimai məlumatlandırma təmin edilir.
Hüquq müdafiəçisi Rəsul Cəfərov isə deyir, işgəncə, zorakılıq halları ilə bağlı konkret statistika yoxdur. Lakin, zorkılıq, işgəncəyə məruz qalan şəxslərin sayı heç də az deyil.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum TV
Toplum TV