Rəşad Sadıqov bu il iyulun 8-də Şirvan ŞPİ-nə aparılıb. Deyir, elə problemləri də bundan sonra başlayıb.
Rəşad Sadıqov deyir ki, ona irəli sürülən ittihamı qəbul etmədiyi üçün 3 gün müddətində polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalıb.
Rəşad Sadıqov deyir ki, azadlığa çıxması üçün Polis əməkdaşına 5000 manat pul verəndən sonra polis nəzarətinə buraxılıb.
Vətəndaş Baş Prokurorluq önündə etiraz edərək, hüquq-mühafizə orqanlarından məsələni ədalətli araşdırılmasın tələb edib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizami Həmidov Toplum TV-nin sorğusuna cavab olaraq bildirib ki, vətəndaşın polis əməkdaşları barəsində səsləndirdiyi iddiaları əsassızdır.
Vətəndaş R.Sadıqov iyul ayının 10-da saxta pulların dövriyyəsidə şübhəli bilindiyi üçün saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinə təhvil verilib. İstintaq Bölməsində həmin şəxs barəsində AR Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə cinayət işi başlanılıb və iyul ayının 11-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyindən həmin tarixdə O, saxlanıldığı Şirvan ŞPŞ-nin müvəqqəti saxlama yerindən azadlığa buraxılıb.
Hal-hazırda R.Sadıqov barəsində açılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Həmin şəxsin azadlığa buraxılması üçün rüşvət verməsi, eləcə də polis şöbəsində saxlanılan zaman onun üzərində xəsarətlərin yaranması ilə bağlı səsləndirilən iddialar isə qərəzlidir, şər və böhtan xarakterlidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür