Şəmkirdə baş vermiş qətlin yeganə şahidi Yeganə Yusifova həbs olunub. Onu dələduzluqda günahlandırırlar. Polisin telekanallara verdiyi məlumatlarda onun polislərin əməliyyat axtarış tədbirləri nəticəsində həbs edildiyi bildirilir.
Halbuki Yeganə Yusifova həbs olunduğu gün Baş Prokurorluğun İstintaq İdarəsində olub və polislərin iş adamı Arzu Cabbarovun şərlənmə planı və qətlində iştirak etdiyi barədə ifadə verib.
İndi Şəmkir rayon polis idarəsinə qarşı ifşaedici ifadə verən Yeganə Yusifova elə Şəmkir rayon polisinin nəzarətindədir. Vəkil Aqil Layıcov Yeganə Yusifovanın Arzu Cabbarovun qətli ilə bağlı ifadələrindən imtinaya məcbur edilə biləcəyindən narahatdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06