Multimedia

On  nəfər ikiotaqlı evdə? – Məcburi köçkün etiraz edir

Fatimə Mövlamlı
11 Aprel, 2023
206

Tanrıverdi Rüstəmov Cəbrayıl rayonundan məcburi köçkündür. 2009-cu ildən ailəsilə birgə Binəqədi rayonu, Şövkət Məmmədov küçəsində məcburi köçkünlər üçün nəzərdə tutulan binada məskunlaşıb.  

Şikayətçi deyir, nənəsi vəfat etdikdən sonra həmin mənzildə həyat yoldaşı və azyaşlı övladıyla birgə yaşamağa davam edib. Bundan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi T.Rüstəmovun yaşadığı mənzildən çıxarmaq qərarına gəlib.

Qurumun məhkəmədə qaldırdığı iddia təmin olunub. İndi məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binası qarşısına gələn icra məmurları T.Rüstəmovu mənzildən çıxarmaq üçün gəlib. 

Mirvari Quliyeva isə deyir ki, oğlunun və öz ailəsinin ikiotaqlı bir mənzildə yaşaması çətindir.  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi İbrahim Mirzəyev məsələ ilə bağlı sualı belə cavablandırıb:  

“Əgər dövlət tərəfindən verilən ev məcburu köçkünün adına verilibdirsə, orada müqaviləyə qol çəkir, orada göstərilir ki, o ev ona yaşamaq üçün verilib və bu vərəsəlik formasında nənədən balaya keçə bilməz.” 

 T.Rüstəmov mənzildə müqavilə sahibinin “ailə üzvü” kimi qeydiyyata düşsə də, uduzduğu məhkəmə prosesindən apelyasiya şikayətinin təmin edilmədiyi bildirir. Hüquqşünas Yalçın İmanov deyir, vətəndaş məhkəmə qərarından kasasiya şikayəti verə bilər. 

Mənzildə yaşamaq üçün müqavilə bağlayan şəxsin ailə üzvü kimi qeydiyyata düşdüyü halda, Ali Məhkəmədə prosesi qazamaq perspektivi var. T.Rüstəmov yaşadığı mənzili tərk etmək fikrində deyil. O mümkün olan bütün hüquqi addımları atacağını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Şəhid ailələri dəfn pulu tələb edir

Samirə Əli
3 İyun 2023
1988-1994-cü illərdə Qarabağ müharibəsində həlak olanların yaxınları iyunun 2-si Prezident Administrasiyasının vətəndaş qəbulu mərkəzinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar dövlətin ayırdığı dəfn pulunu tələb ediblər.
Multimedia

"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini

Fatimə Mövlamlı
2 İyun 2023
Leyla Kərimova Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindəndir.  Martın 31-də  gecə  Bolqarçay daşanda, sel təhlükəsindən qaçanlardan biri də o olub. Deyir, gecə ilə polislər kənd əhalisinə xəbərdarlıq edib ki, sel gəlir, evlərdən çıxın.  Biləsuvar rayon icra hakimiyyətinin adından yayılan məlumatdasa sel təhlükəsinə görə, xüsusi qərargah yaradılğı, həmin gecə 3 kənddə – Amankəndin bir hissəsində, Yuxarı Ağalı və Muğan kəndlərində bütünlükdə camaatın, onların mal-qarasının, ətraf obalarda heyvandarlıqla məşğul olanların sağ-salamat təxliyə edildiyi, kəndlərə giriş-çıxışın bağlandığı, sel təhlükəsi sovuşandan sonra onların geri qayıtdığı bildirilirdi. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da bu prosesə cəlb edildiyi deyilirdi.  Leyla Kərimovanın sözlərinə görə isə, İH onların təxliyyəsi...

Seçilmiş Videolar

Toplum TV loqo