Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan mühafizə rəisi Orxan Əsgərov bu gün, yanvarın 30-da II Fəxri Xiyabanda dəfn edilib.
Dəfn mərasimində hökümət rəsmiləriylə yanaşı Türkiyə və İranın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Toplum TV-yə açıqlamasında bildirib ki, səfirliyə edilən hücum terror hadisəsidir:
"Bu gün dəfn etdiyimiz Orxan ƏSgərovun qanı İran dövlətinin üzərindədir. İran dövləti bu məsələyə aydınlıq gətirməlidir".
Milli Məclisin digər deputatı Naqif Həmzəyev isə deyib ki, proseslərin gərginləşməsinin səbəbi İran dövlətidir:
"İran tərəfi məsuliyyəti öz üzərinə götürməlidir. Cəsarət tapıb Azərbaycan xalqından, dövlətindən, hökümətindən üzr istəməlidir"
Baş vermiş hadisədən sonra Azərbaycanın İran İslam Respublikasında yerləşən səfirliyinin bir qrup əməkdaşı təxliyə edilib. diplomatik fəaliyyəti isə dayandırılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06