Multimedia

Polis "İslam"çının yası keçirilən ərazini mühasirəyə aldı

Roza Məmmədova
10 Mart, 2023
149

Bu görüntülər bir həftə əvvəl vəfat etmiş İslam Partiyasının üzvü, Qarabağ qazisi Səbuhi Səlimovun yas mərasimindədir.

Vətənə xəyanətdə ittiham olunan və 17 il azadlıqdan məhrum edilən İslam Partiyasının üzvü, Qarabağ qazisi Səbuhi Səlimov martın 2-də Bakı Apelyasiya məhkəməsində vəfat edib.

Ailə üzvlərinin sözlərinə görə, bu gün Səbuhi Səlimovun yeddi mərasimini keçirməyə polis mane yaradıb. Evlərinin hər iki tərəfdən blokadaya alıblar.

Polislər “Toplum TV” nin əməkdaşının ərazidə çəkiliş aparmasına mane olub, tədbir keçirildiyini bildiriblər.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev isə əraziyə girişin hansı səbəbdən qapadıldığına açıqlama verməkdən imtina edib.

Vətənə xəyanətdə ittiham olunan Səbuhi Səlimov 2021-ci ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O dövlətə xəyanətdə ittiham olunub. Səlimov İranın xüsusi xidmət orqanı olan “SEPAH”-la əməkdaşlıqda təqsirləndirilib. Özü nə ibtidai istintaq, nə də məhkəmədə ittihamı qəbul etməyib. 2022-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin eyni ittihamla 17 il azadlıqdan məhrum edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Azərbaycanda kişilər daha çox bu xəstəlikdən ölür

Roza Məmmədova
16 Mart 2023
Ürək xəstəliklərindən ölən kişilərin sayına görə, Azərbaycan dünyada birinci yerdədir. Bu barədə dünya ömür reytinqini ölçən “World Life Expectancy” saytı məlumat yayıb. 183 ölkəni əhatə edən reytinq cədvəlində bu xəsətəlikdən ölən qadınların  sayına görəsə Azərbaycan ikinci sıradadır.  Kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin yaranmasının bir neçə səbəbi olduğunu söyləyir. Məsələn, xolesterinli qidalar, siqaretdən istifadə, stress, oturaq həyat tərzi və s. Bəs niyə Azərbaycan ürəyindən əziyyət çəkənlərə görə ilk sıradadır. Bakı sakinlərindən də bu barədə soruşduq.
Multimedia

Quba bazarı: Evimizə çörək apara bilmirik

Fərid İsmayılov
15 Mart 2023
Bura Quba bazarıdır. Novruz bayramına sayılı günlər qalsa da, hələki bazarda canlanma gözə dəymir, satıcılar belə deyir. Xəyalə İsmayılova 10 ildir bu bazarda göyərti satır. Satışın zəif olmasından gileylənir. Deyir, alıcı az, satıcı isə çoxdur. Həmsöhbət olduğumuz satıcılar həm də sosial durumlarından gileylənir. Quba bazarı isə dolanışıqları üçün son ümid yeridir. Quba bazarında təkcə satıcılar deyil, Elə alıcılar da  günü-gündən qalxan qiymətlərdən giley-güzar edirlər. Quba bazarında bayram bazarlığı ovqatı hiss olunmur. Satıcılar müştəri qıtlığından alıcılar isə bahalıqdan şikayətlənirlər.

Seçilmiş Videolar

Toplum TV loqo