Multimedia

Qəzaların sayı artır, günahkar kimdir?

1 Dekabr, 2022
386

Şükür Məmmədli 2013-cü ilin yanvar ayında Sulutəpə qəsəbəsi yaxınlığında yol qəzası keçirib. Deyir, qəzaya səbəblərdən biri də yolun düzgün çəkilməməsi olub.

Şükür Məmmədli kimi yol qəzaları keçirilənlərin sayı az deyil. Vaxtaşırı bu barədə mediada məlumatlar gözə dəyir. Elə rəsmi rəqəmlər də bunu deyir. Bu il 600-dən çox şəxs avtomobil qəzalarında həyatını itirib.

Qəzaların başlıca səbəbləri nədir? Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov aidiyyatı qurumların işinə və sürücü məsuliyyətsizliyinə diqqət çəkir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözcüsü Anar Nəcəfli qəzaları yolların durumu ilə əlaqələndirmir. O da sürücülərdən gileylənir.

Bəs sükan arxasında olanlar nə düşünür? Sürücülər yollarda üzləşdikləri çətinlikləri dilə gətirir.

Dövlət Yol Polisinin əməkdaşı Araz Əsgərli isə Toplum TV-yə açıqlamasında bildirib ki, çıxış yolu düzgün maariflənmədən keçir.

Ekspert Eldəniz Cəfərov deyir, çıxış yolu təkcə maarifləndirmə, cərimə tətbiqi deyil. Qəzaların azaldılması üçün cəzalar da sərtləşdirilməlidir.

Rəsmi rəqəmlərə görə cari ilin ilk 9 ayında baş verən qəzalardan 1700-dən artıq şəxs zərər çəkib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo