Multimedia

"Abzas Media"nın direktorunun ofis və evində polis axtarış aparır

Samirə Əli
Fərid İsmayılov
20 Noyabr, 2023
119

"Abzas Media" saytının ofisindən 40 min avro pul aşkarlandığı deyilir. Toplum Tv xəbər verir ki, bunu Abzas Medianın əməkdaşları bildirib.

Noyabrın 20-si səhər saat 11-dən etibarən Abzas Medianın ofisində axtarış aparılır. Axtarışı Bakı Şəhəri Baş Polis İdarəsi aparıb.

Jurnalistlər ofisin həyətinə buraxılmayıb. Axtarış 4 saatdan çox davam edib. Hazırda saytın təsisçisi Ülvi Həsənlinin evində axtarış davam edir.

Abzas Media bildirir ki, "aşkarlanan" vəsait onlara aid deyil və məqsədli şəkildə saytın fəaliyyətini dayandırmağa hesablanıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Jurnalist Nərgiz Absalamova həbs edildi

Samirə Əli
Fərid İsmayılov
1 Dekabr 2023
“Abzas Media”-nın əməkdaşı, jurnalist Nərgiz Absalamova barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. Bu barədə jurnalistin vəkili Şəhla Hümbətova məlumat verib. Xətai rayon məhkəməsində jurnalist Nərgiz Absalamovanın dekabrın 1-i məhkəmə prosesi keçirilib. Jurnalistə qarşı  "Abzas Media" rəhbərliyi ilə eyni maddə (qrup halında qaçaqmalçılıq) ittihamı irəli sürülüb. 
Multimedia

Memar: "Bakı sakinləri özləri mer seçsə, səkiləri də olar"

Cəmilə Əzimova
1 Dekabr 2023
Səkilər insanların təhlükəsizliyini təmin etmək üçündür.  Ancaq Bakı sakinləri bu haqlarından rahat istifadə edə bilmədiklərini deyir. Buradakı işıq dirəkləri, fənərlər, ağaclar və s. gediş-gəlişi çətinləşdirir.  Hətta maşın yolu tərəfdə ensiz səki davam etmək yerinə bitə bilər...

Seçilmiş Videolar

Toplum TV loqo