Multimedia

"Atalarımız şəhid oldu ki, məmurlar bizə zülm etsin?"

Samirə Əli
20 Yanvar, 2023
114

Maral Zamanova "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyinin sədridir. İllərdir 20 Yanvar hadisələri zamanı həlak olanların ailələrinin hüquqlarının müdafiəsi ilə məşğuldur. Deyir, nəhayət 33 il sonra ailələr şəhid olmuş yaxınları üçün vəsiqə ala biliblər.

1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə müstəqillik tələb edən Bakıya Sovet ordusu daxil olub.

Maral Zamanova 20 Yanvar hadisələrinin şahidi olmaqla yanaşı, həmin gecə atasını itirən qurbanlardandır.

O, hökumətin 20 Yanvar şəhid ailələrinə diqqətsizliyindən gileylənir.

 Toplum tvyə danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa bildirib ki, 20 Yanvar şəhidlərinin ailələrinə dövlət tərəfindən müəyyən imtiyazlar verilib

20 Yanvar Şəhidlərinin ailələri ötən il silsiləvi aksiyalar keçiriblər. Ailələr həlak olmuş yaxınlarına vəsiqə və döş nişanı ala bilməmələrindən şikayətçi olublar.

"20  Yanvar Şəhidi" Fəxri adının təsis edilməsi haqqında fərmanı 1998-ci ildə sabiq prezident Heydər Əliyev imzalayıb. Həmin fəxri adla Azərbaycanın azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990cı ilin yanvarında həlak olmuş və ya aldığı xəsarətdən vəfat etmiş şəxslər təltif olunurlar.

Sonuncu dəfə 2020-ci ildə prezident İlham Əliyev mövcud əsasnamədə dəyişikliklər edilməsi ilə bağlı fərman imzalayıb. Qanunda 20 yanvar şəhidi fəxri adının vəsiqəsinin eskizi göstərilsə də, ötən ilədək ailələrə vəsiqələri verilmirdi.

20 Yanvar hadisələri zamanı rəsmi rəqəmlərə görə, 137 insan həlak olub, yüzlərlə adam yaralanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Sorğu: Maaş artmayıb, dərmanlar niyə qalxır?

Fərid İsmayılov
1 Fevral 2023
Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiq edib, 31-nin qiymətini artırıb. Toplum TV xəbər verir ki, müvafiq qərar qurumun yanvarın 31-də keçirilən iclasında qəbul olunub.  Bildirilir ki, bu qərar nəticəsində ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 690 təşkil edir.
Multimedia

Penitensiar Xidmət: Bəxtiyar Hacıyev həkim nəzarətindədir - YENİLƏNİB

Toplum TV
Fərid İsmayılov
1 Fevral 2023

Sosial Media

Bəxtiyar Hacıyevin səhhəti ilə bağlı Toplum TV Penitensiar Xidmətlə əlaqə saxlayıb. Oradan bildirilib ki, Bəxtiyar Hacıyev hazırda həkim nəzarətindədir. Qurumdan onun səhhəti haqqında əlavə məlumat verilməyib. * 14:10 Ombudsaman aparatının ümumi şöbə müdiri İbrahim Abdullayev ictimai fəal Bəxtiyar Hacıyevin anası Solida Mövlayevanı qəbul edib. Toplum TV xəbər verir ki, burada Mövlayevaya bildirilib ki, Ombudsman Səbinə Əliyeva hazırda məşğul olduğundan onunla görüşmək imkanı yoxdur. İbrahim Abdullayev Mövlayevanın tələblərini Ombudsmana çatdıracağını bildirib.  *** 13:18 Bu gün, fevralın 1-də həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin anası Solida Mövlayeva Ombudsmanla görüş tələbiylə Ombudsman aparatı qarşısında etiraz aksiyası keçirib.  Toplum TV müxbirinə açıqlama verən Solida Mövlayeva deyib...

Seçilmiş Videolar

Toplum TV loqo