Multimedia

"Bina dağılmaq üzrədir, bizi köçürün" - Şikayətçi

Fatimə Mövlamlı
16 İyun, 2023
188

Bura Nərimanov rayonunda yerləşən yaşayış binasıdır. Bina sakini Zaur Səməndərov deyir ki, Yaşıl Bazar tikilən zaman tikinti işləri binaya zərər verdiyi üçün əksər evləri alıb sakinləri köçürdülər. Tikinti başa çatdıqdan sonra isə yerdə qalan ailələr daha köçürülmədi.

Sakinlərdən Xəyalə Muradova binadan köçürülən digər sakinlər kimi kompensasiya alıb çıxmaq istədiyini bildirir.Məsələ ilə bağlı Fövqalədə Hallar Nazirliyindən Toplum tv-yə bildirilib ki, onlar binanın qəzalı vəziyyətdə olub-olmadığına dair rəyi mətbuata deyil, aidiyyatı icra orqanına verə bilərlər.

Nərimanov rayon İcra Hakimiyyəti Toplum tv-nin sorğusuna cavab verməyib. "Yaşıl Bazar"ın rəhbərliyindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb. Zədələnən binadan köçmək istəyən sakinlər isə problemin hüquqi yolla həll edilməsini istəyirlər.

Hüquqşünas Sübhan Həsənli məsələ ilə bağlı deyir ki, sakinlər məhkəməyə müraciət etməklə binalarına dəyən zərərin ödənilməsinə nail ola bilərlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Göygöldə yarım əsr davam edən problem...

Fərid İsmayılov
25 Sentyabr 2023

Toplum TV

Dozular kəndini Göygölün mərkəzi ilə 36 km ayırır. 2018-ci ildə yerli media Çaylı-Pənahlılar-Dozular avtomobil yolunun yenidən qurulduğunu bildirib. Kəndin girişlərindən birinə 20-25 ailənin yaşadığı yerə qədər asfalt örtüyü çəkilib. Lakin davam edən avtomobil yolundakı vəziyyət heç də ürək açan deyil. Asfalt əvəzinə qum və çınqıl var.
Multimedia

Yevlax görüşü: Bakı sakinləri nə düşünür?

Toplum TV
22 Sentyabr 2023

Toplum TV

Sentyabrın 21-də Azərbaycanın keçirdiyi anti-terror əməliyyatından sonra əldə olunan razılaşma əsasında Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlax rayonunda görüş keçirilib.

Seçilmiş Videolar

Toplum TV loqo