"Nardaran işi" məhbusunun ailəsi həbsxana qarşısında aksiya keçirib
Yerli mətbuatda “Nardaran İşi” məhbusu kimi tanınan Abbas Hüseynin yaxınları mayın 19-u 7 saylı cəzaçəkmə müəssisəsi qarşısında aksiya keçiriblər.
Abbas Hüseynin yaxınları onu yenidən 1 illik Qobustan qapalı həbsxanaya göndərilməsinə dair qərardan şikayətçi olublar.
Etirazçılar məhkumun 7 saylı cəzaçəkmə müəssisəsində işəgəncələrə məruz qaldığını deyir, onun təhlükəsizliyinin təmin olunmasını tələb ediblər.
Aksiyaya dəstək məqsədli qatılan fəallar düşünür ki, son dövrlər inanclı şəxslərin həbs olunması siyasi motivlidir.
Etirazçılar tələbləri yerinə yetirilənə qədər silsilə aksiyalar keçirəcəklərini söyləyiblər. Daha sonra polislər tərəfindən ərazidən uzaqlaşdırılıblar.
Abbas Hüseyn 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. 2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyri-rəsmi məlumatlara görə, son dövrlər həbs olunan dini inanclıların sayı təxminən 400 nəfərdən çoxdur.
Müsəlman Birliyi Hərəkatının məlumatına görə, son 3 ayda təşkilatın 27 üzvü həbs olunub. Həbs edilənlərin hamısına da narkotik ittihamı verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini