"Narkotik ittihamı ilə tutub, casus kimi tanıdırlar" - Dindarlar etiraz etdi
Həbsdə olan inanclı fəalların ailələri Prezident Administrasiyasının əsas binansının yaxınlığında etiraz aksiyası keçiriblər. Ailələr narkotik ittihamı ilə azadlıqdan məhrum edilən yaxınlarının azadlıqlarını tələb edirlər:
Etirazçılar danışır ki, yaxınları narkotik ittihamı ilə həbs edilsələr də, mediada İran casusu kimi təbliğat aparılır. Ailələr bunu son dövrlər Azərbaycanın İranla münasibətlərinin gərgin keçməsi ilə əlaqələndirir:
Aksiya iştirakçıları polislər tərəfindən administrasiyasının vətəndaş qəbulu mərkəzinə yönləndiriliblər.
Qəbulda aksiya iştirakçıları yaxınlarının şərlənərək və fiziki zorakılığa məruz qalaraq həbs edildikləri ilə bağlı müraciət ediblər. Vətəndaşları qəbul edən administrasiyanın hüquq-mühafizə şöbəsinin əməkdaşı Kamran Həsənov məsələnin bir həftə ərzində araşdırılıb məlumat veriləcəyi bildirib. İştirakçılar yaxınları həbsdən azad olunanadək silsilə aksiyalara davam edəcəklərini söyləyiblər.
Qeyri-rəsmi məlumatlara görə, son dövrlər həbs olunan dini inanclıların sayı təxminən 400 nəfərdən çoxdur.
Müsəlman Birliyi Hərəkatının məlumatına görə, son 3 ayda təşkilatın 27 üzvü həbs olunub.
Həbs edilən inanclıların əksəriyyətinə narkotik ittihamı irəli sürülüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Polşanın Baş naziri: Ukrayna ilə münasibətlər çətin vəziyyətdədir
Açıq mənbələrdən götürülüb
Toplum TV
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır