"Tərtər işi": Niyə övladımı vətən xaininin uşağı kimi tanımalıdırlar?
Vətənə xəyanətdə ittiham olunan hərbçilərin ailələri yanvarın 18-i mətbuat konfransı keçiriblər.
“Tərtər işi” kimi tanınan hadisələrdə zərərçəkmişlərin yaxınları deyir, onlara bir yerə toplaşmaqmaq üçün əngəl törədilir. Tədbirdə ötən il dekabrın 6-da bu iş üzrə bəraət almış cəmi iki nəfər də iştirak edib.
İşgəncə qurbanlarının yaxınları onlara şəhid statusunun verilməsini tələb ediblər.
İşgəncə hallarının əksəriyyətinin Tərtərdə baş verməsi səbəbindən mediada bu hadisələr və iddialara ümumi olaraq "Tərtər işi" adı verilib.
2022-ci ilin aprelinə kimi müstəntiqlər hərbi hissələrdə işgəncələrə məruz qalan 397 nəfəri zərərçəkmiş kimi tanıyıb.
2016-cı ilin aprel döyüşlərindən sonra böyük bir qrup hərbçi istintaqa cəlb edilib. Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə yaydığı bəyanatda Ermənistanın xeyrinə casusluq edən bir qrup hərbçinin ifşa edildiyi bildirilib.
2017-ci ilin mayın 7-də bir qrup hərbçi və mülki şəxs Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq və Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinə qarşı təxribat hazırlamaq ittihamı ilə həbs edilib. Bu iş üzrə istintaq və məhkəmə prosesləri qapalı keçirilib. İstintaq zamanı səkkiz nəfərə ölüncəyədək əziyyət edilib, beş nəfər ölümündən sonra bəraət alıb.
2021-ci ilin dekabrında günahsız zərərçəkənlərin və məhkumların yaxınlarının çoxsaylı etirazları səbəbindən “Tərtər işi” üzrə istintaq yenidən başlayıb. Fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan bir neçə şəxs məsuliyyətə cəlb ediliblər.
Hazırda istintaq davam edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Penitensiar Xidmət: Bəxtiyar Hacıyev həkim nəzarətindədir - YENİLƏNİB
Sosial Media