Rəsulzadənin doğum günü: "Hakimiyyət iyrənc mübarizə aparır"
Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ili qeyd edilib. Bu münasibətlə müxalif partiya və təşkilatlar onun Novxanı kəndindəki abidəsini ziyarət edib.
"Müsavat" Partiyası başqanı Arif Hacılı Toplum TV-yə açıqlamasında Azərbaycan hökumətinin Rəsulzadə irsinə münasibətini tənqid edib. "Rəsulzadə irsinə qarşı hökümətin qısqanclığı var. Amma nə qədər çalışsalar da, xalqın Rəsulzadəyə olan sevgisini dəyişə bilməyəcəklər".
Milli Şuranın sədri Cəmil Həsənli Rəsulzadəyə indiki münasibəti SSRİ dövründəki ilə müqayisə edib:
"Bu gün hökümət ən iyrənc formada Rəsulzadə ideyası daşıyanlarla mübarizə aparır. SSRİ dövründə heç belə deyildi".
Ziyarət zamanı polislə iştirakçılar arasında hansısa münaqişə baş verməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06