Seymur Həzi: "Bu bayramın qurucuları sağdır, İlham Əliyevə müxalifətdədirlər, bu onlara olan bir qəzəbdir."
Azərbaycanda oktyabrın 18-də Dövlət Müstəqilliyin Bərpası Günü qeyd olunub. ABŞ, Böyük Britaniya, Almaniya kimi dövlətlər Azərbaycana sosial şəbəkələrdə təbrik mesajları ünvanlayıb.
Eyni zamanda, Türkiyə, Ukrayna, İsrail, Fələstin, Fransa və digər ölkələrin səfirləri təbrik mesajlarını dərc ediblər.
1-ci vitse-prezident Mehriban Əliyeva feysbuk sosial şəbəkəsində paylaşım edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə ölkə başçısını və xanımını təbrik edib.
Lakin ölkə başçısının hər hansı bir təbrikinə rast gəlinməyib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Toplum TV-nin "Sizcə, ölkə başçısı Dövlət Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycan xalqını niyə təbrik etməyib?" sualını belə cavablayıb:
"Mən bu barədə məlumatlı deyiləm, protokol var, protokol qaydalarına uyğun olaraq prezidentin hansı bayramları təbrik etməsi-etməməsi prezidentin protokolunun biləcəyi bir məsələdir. Ona görə də mən bu suala cavab vermirəm."
"Bilirsiniz, mən bu barədə məlumatlı deyiləm, yəqinki prezidentin protokoluna daxil deyil"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi deyir, doğrudan da bu bayramın təbriki ölkə başçısının protokolunda yoxdursa, bu dövlət müstəqilliyinə olan münasibətdir:
"Əgər, doğurdan da ölkə başçısı bu günü öz protokoluna daxil etməyibsə və ya olub, sonradan çıxarılıbsa, bu dövlət müstəqilliyinə olunan münasibətdir. İlham Əliyev dövlət müstəqilliyinin bərpasını istəmədiyini ortaya qoyur, olmasa idi, daha yaxşı olardı. Gələn təbriklərə cavab verilməyib, bu sayğısızlıqdır."
Milli Məclisin digər deputatı Cavanşir Paşazadə isə Toplum TV-yə açıqlamasında deyib ki, Prezident Azərbaycan xalqını dünən təbrik edib, görmək istəyən görər:
"Cənab prezident bütün çıxışlarında, dediklərində, saytlarında, onun saytında da təbriklər var. Kim deyir ki, yoxdur? Yaxşı baxmaq lazımdır. Görən görər, görmək istəməyən isə görmür."
Lakin Prezident İlham Əliyevin rəsmi saytı olan president.az-da bu barədə hər hansı bir məlumat yoxdur.
Seymur Həzi deyir, ölkə başçısının Azərbaycan xalqını təbrik etməməsi həm də Putinə bir mesajdır:
"Asiya ölkələri Putin ritorikasından çıxır, amma görünür İlham Əliyev hələ də Putinə sadiqliyini göstərir"
Prezident 2011, 2016, 2021-ci illərdə Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum TV
Toplum TV