Multimedia

Protokol əhvalatı - Elə bildik, gələn Süleyman Dəmirəldir

Məzahir Abdurahmanov
Roza Məmmədova
27 İyul, 2022
253

Dövlət rəsmiləri görüşə bilərəkdənmi gecikir? Bir prezidentin digərini gözlətməsi siyasi mesajdır, yoxsa dövlət başçıları da tıxaca düşə bilər?  

Görüşlərə gecikməsi ilə ən məşhur olan dövlət başçısı Vladimir Putindir. Məsələn, o,  Almaniya kansleri Angelə Merkeli 4 saat 15 dəqiqə , Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi isə 4 saat gözlədib. Gözlədilənlər siyahısında Roma papası Fransisk, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, Birtaniya kraliçası II Yelizaveta və digərləri də var. 

Sonuncu dəfə bu ilin iyulun 20-də Tehranda baş tutan görüşdəsə bu dəfə Putin Ərdoğanı təxminən 1 dəqiqə gözləməli olub.
 
Konfransa daha tez gələn Putinin həmkarlarını gözləyərkən narahat, gərgin reaksiyaları diqqət çəkib. 

Keçmiş diplomat Arif Şahmarlı deyir ki, protokola görə, yubanma 1-2 dəqiqədən artıq olmamalıdır. Xüsusən də görüşən dövlət başçısıdırsa.  

Keçmiş diplomatın sözlərinə görə, Azərbaycan protokol xidməti bu məsələlərə ciddi yanaşır.  

Arif Şahmarlı keçmiş prezident Heydər Əliyevin Nato Sammiti çərçivəsində Türkiyə Prezidenti Süleyman Dəmirəllə Maddriddə olan görüşünü misal çəkir. Deyir ki, o zaman Azərbaycan protokol xidməti son anda Heydər Əliyevin də gözlədilən prezident durumuna düşməsinin qarşısını ala bilib. 

Həmin vaxt sayıqlıq göstərilməsəydi, Heydər Əliyev Süleyman Dəmirəl əvəzinə Yunanıstan baş nazirinin qarşısına çıxacaqdı və Türkiyə baş nazirini gözləməli olacaqdı.  

Arif Şahmarlı deyir k, istər 1 dəqiqə, istərsə də bir neçə saat gecikməyə görə tərəflər üçün nəzərdə tutulan cəza mexanizmi yoxdur. Amma bu dövlətarası münasibətlərdə gərginliyə, narazılığa yol aça bilər.

Multimedia

Bakıda Misir Qasımlıya dəstək aksiyası keçirilib 

Samirə Əli
16 Avqust 2022
Müharibə veteranlarının təşkilatçılığı ilə avqustun 16-da Ukraynanın Bakıdakı səfirliyi yanında İkinci Qarabağ müharibəsinin iştirakçısı Misir Qasımlıya qarşı cinayət təqibinə son qoyulması tələbilə aksiya keçirilib.    Aksiya iştirakçılarının sözlərinə görə, Qasımlı uydurma ittihamla həbs edilib. O, bir il öncə hansısa erməni əsilli əcnəbi ilə baş vermiş insidentlə əlaqədar təqib olunur.    Rusiyada yaşayan Misir Qasımlı müharibə vaxtı döyüşmək üçün Azərbaycana gəlib könüllü cəbhəyə yollanıb. Müharibədən sonra Ukraynaya gedib işlərini davam etdirirdi. Qasımlının sözlərinə görə, Elə orada həmin əcnəbi ona narkotik satmağı təklif edir, lakin o bu təklifi qəbul etmir və həmin əcnəbini maşından qovur. Bir neçə saat sonra Qasımlı Ukrayna polisləri...
Multimedia

"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir

Aytac Məmmədli
Sənan İsmayıl
14 Avqust 2022
Bura Buzovna qəsəbəsinin "Mədən" kimi tanınan ərazisidir.  Sakinlər deyirlər ki, çoxdandır, özləri öz başlarının çarəsinə baxırlar. Yollarını da özləri düzəldirlər, su xətlərini də özləri çəkirlər.   Amma iş bununla da bitmir, çünki bu küçənin dərdi saymaqla qurtarmır.   "Zibil qabları yoxdur, ictimai nəqliyyat işləmir. Evlərin ünvanları yoxdur deyə, təcili yardım çağırmaqda çətinlik çəkirik. Bütün marketlər, poliklnika yolun o biri tərəfindədir. Bir marşrutumuz olsun ki, gedək xəstəxanaya çata bilək,  uşaqlar məktəbə getsin deyə avtobus tutur hamı",- sakinlər şikayətlənirlər.  Məhəllə sakini İxtiyar Abışov danışır ki, problemlərilə bağlı dəfələrlə bələdiyyəyə müraciət ediblər. Amma bir nəticə yoxdur.   Yeri gəlmişkən, 2006-2007 və 2011-2013-cü illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi...

Seçilmiş Videolar

Toplum TV loqo