Multimedia

Saatlıda aksiya keçirilib: saxlanılanlar var

13 Mart, 2023
326

Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndinin sakinləri etiraz aksiyası keçiriblər. İçməli su probleminə diqqət çəkmək istəyən vətəndaşların aksiyasına polis müdaxilə edib. 

Sakinlərin  sözlərinə görə polis əməkdaşları onlara qarşı dəyənək və rezin güllələrdən istifadə edib. Yaralanan və saxlanılanlar var.

Polis əməkdaşlarının rezin güllələrdən istifadə etmədiyini deyən Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev aksiyada saxlanılanların olduğunu təsdiqləyir:

“ Aksiya ərazisinə gələn polis əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri sakinlərlə danışıq aparıb. Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da, bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər və araşdırma başladılıb”.

Saatlı rayon sakinləri eyir ki, uzun illərdir yaşadıqları su problemindən əziyyət çəkdiklərini və səsləri eşidilsin deyə etiraz aksiyasına keçirməyə məcbur olduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

ƏVƏZ ZEYNALLININ məhkəməsi: Ədalətli hökm istəyirik

23 Fevral 2024
Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural TV" nin rəhbəri Əvəz Zeynallı və "Səda TV"nin rəhbəri Elnur Şükürovun növbəti məhkəmə prosesi keçirilib.  Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Elnur Şükürov "Son sözlə" çıxış edərək bəraət istəyib. Amma Əvəz Zeynallı "Son sözünü" yekunlaşdıra bilməyib. Hakim buna səbəb kimi vaxt çatışmazlığını əsas gətirib. Məhkəməni təxirə salıb. Proses fevralın 26-da davam edəcək. 
Multimedia

"Biz KREDİTLƏ yaşayan insanlarıq, DOLLAR görməmişik"

22 Fevral 2024
Azərbaycan Mərkəzi Bankının açıqlamasına görə son zamanlar dollara olan tələbat artıb. Banklardan dollar alışı çoxalıb. Toplum TV-nin şəhər sakinləri arasında keçirdiyi sorğuda insanların bir qismi dollara daha çox güvənin olmasını əsas səbəblərdən biri kimi vurğulayıb

Seçilmiş Videolar

Toplum TV loqo