63 yaşlı Oqtay Əsgərov Lənkəranın Şağlaser kəndindəndir. Danışır ki, 1995-ci ildə təhsil almaq üçün Bakıya üz tutub. Dolanışıq ucbatından doğulub boya başa çatdığı kəndə qayıtmayıb, elə Bakıda özünə yurd-yuva salıb.
Oqtay Əsgərov deyir, son illərdə digər regionlar kimi talış bölgəsindən də Bakıya axın olduğundan ana dilləri tədricən unudulmağa başlayır.
Oqtay Əsgərov təəssüflənir ki, televizoru açanda doğma ana dilində nə cizgi filmi, nə də bir veriliş görə bilir. Çarənisə həftə sonları nəvələri evinə qonaq gələndə, onlara talışca mahnılar, bayatılar öyrətməkdə görür.
Azərbaycanda 1992-ci ildən bəri tədrisi talış dilində olan 225 məktəb fəaliyyət göstərir. Bu məktəblərdə talış dili fənni yalnız ibtiadi siniflərdə öyrədilir. Amma 17 ildir ki, talışca dərs vəsaitləri nəşr edilmir.
Elm və Təhsil Nazirliyindən Toplum tv-yə bildiirlib ki, I – IV siniflər üzrə talış dili dərsliklərinin məzmunu artıq təsdiqlənib, amma yeni dərsliklərin çap tenderi baş tutduqdan sonra hazır dərsliklər yerlərə çatdırılacaq.
Sorğuya cavabda əlavə olunub ki, talış dili dərsliyinin hazırlanması mütəxəssis və ekspert azlığı ucbatından uzanıb.
Fizika-riyaziyyat elmləri namizədi; Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin — “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov gəncliyini yada salıb danışır ki. vaxtilə yaşadığı Astara rayonunda nə özü, nə də yaşıdları azərbaycan dilini bilirdi, hər kəs talışca danışırdı. Indi isə əksinə doğulduğu kənd- Təngərud kəndində xüsusilə uşaqlar, gənclər talış dilini unudurlar.
Hilal Məmmədov deyir, redaktoru olduğu Tolişi sado qəzetinin sonuncu nüsxəsi təxminən 10 ildən çoxdur nəşr edilib. İllərdir maddi və bürokratik maneələrə görə,oxucuları qəzetsiz qalıb.
2009-cu ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə, Azərbaycan əhalisinin 8.4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar təşkil edir.
Qədim xalqlardan olan Talış dilli xalqlar Azərbaycanın cənub şərqində, əsasən Lənkəran, Astara, Masallı və Lerik rayonlarında, İranın şimalında yaşayırlar. Talış dili İran dillilər ailəsinə mənsubdur.
Oqtay Əsgərov öz ana dilini qorumağa, gələcək nəsillərə ötürməyə çalışır, deyir, ən son ölən ümiddir. O da, Hilal Məmmədov da ümid etmək istəyir ki, hələ uzun illər ana dilləri yaşayacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06