Qəbələ rayon sakini Rahim Babayev birinci qrup əlildir. O, dializ xəstəsidir. 2015-ci ildə anasının ona öz böyrəyini bağışladığını, lakin səhhətinin bununla belə düzəlmədiyini bildirir.
İndi R.Babayevə yenidən böyrək köçürülməsinə ehtiyacı var. Bunun üçün birinci vitse prezident Mehriban Əliyevaya yazılı müraciət edən vətəndaşa cavab belə olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bu kimi hallarda vətəndaşın keçməli olduğu preseduru belə izah edir:
"Orqan köçürülməsi zərurəti olan vətəndaşların müraciətlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi qəbul edir. Vətəndaş orqan köçürülməsi zərurətini təsdiq edən tibbi sənədlər ilə ODTK Mərkəzinə müraciət edərək, donor gözləmə siyahısında qeydiyyata alınır. Uyğun donor tapıldıqdan sonra resipiyent və donor toxuma uyğunluğunu müəyyənləşdirmək üçün əməliyyat önü müayinəyə göndərilir. Müayinənin nəticələri müsbət olarsa, əməliyyat üçün hazırlıq prosesi başlayır. Əks halda, resipiyent yenidən donor gözləmə siyahısına daxil olur".
R.Babayev sözügedən preseduru keçəsə də, onun üçün uyğun donor tapılmadığını bildirir.
Professor cərrah Adil Qeybulla isə ODTK-nın o qədər də effektiv olmadığını deyir. Onun sözlərinə görə bu kimi hallarda vətəndaş qan qohumu olan şəxslər arasından donor tapa bilmirsə, gözləməlidir. R.Babayev isə, gözləmək üçün hələ nə qədər zamanı qaldığını bilmir...
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Penitensiar Xidmət: Bəxtiyar Hacıyev həkim nəzarətindədir - YENİLƏNİB
Sosial Media