Multimedia

Yexlax görüşündən görüntülər

Fərid İsmayılov
21 Sentyabr, 2023
121

Azərbaycanın keçirdiyi anti-terror əməliyyatında sonra əldə olunan razılaşma əsasında Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün, sentyabrın 21-də görüş üçün Yevlax rayonuna gəliblər. Toplum Tv xəbər verir ki, nümayəndələri Azərbaycan polisi ilə bərabər Rusiya sülhməramlı kontingenti müşayiət edir. Bildirilir ki, Yevlaxdakı danışıqlarda Azərbaycan tərəfini Milli Məclisin deputatı Ramin Məmmədov təmsil edir. Mart ayında Prezident İlham Əliyev onu Qarabağ bölgəsinin erməni sakinləri ilə təmaslara məsul şəxs təyin etmişdi. Məlumata görə, Azərbaycan nümayəndələri ilə danışıqları əvvəllər özünü separatçıların “parlament"inin üzvü adlandıran David Melkumyan aparacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Jurnalist Nərgiz Absalamova həbs edildi

Samirə Əli
Fərid İsmayılov
1 Dekabr 2023
“Abzas Media”-nın əməkdaşı, jurnalist Nərgiz Absalamova barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. Bu barədə jurnalistin vəkili Şəhla Hümbətova məlumat verib. Xətai rayon məhkəməsində jurnalist Nərgiz Absalamovanın dekabrın 1-i məhkəmə prosesi keçirilib. Jurnalistə qarşı  "Abzas Media" rəhbərliyi ilə eyni maddə (qrup halında qaçaqmalçılıq) ittihamı irəli sürülüb. 
Multimedia

Memar: "Bakı sakinləri özləri mer seçsə, səkiləri də olar"

Cəmilə Əzimova
1 Dekabr 2023
Səkilər insanların təhlükəsizliyini təmin etmək üçündür.  Ancaq Bakı sakinləri bu haqlarından rahat istifadə edə bilmədiklərini deyir. Buradakı işıq dirəkləri, fənərlər, ağaclar və s. gediş-gəlişi çətinləşdirir.  Hətta maşın yolu tərəfdə ensiz səki davam etmək yerinə bitə bilər...

Seçilmiş Videolar

Toplum TV loqo