Bura Sumqayıt şəhəri Yaşıldərə yaşayış massividir. Sakinlər kanalizasiya sisteminin və zibil qutularının olmamağından şikayətçidirlər. Deyirlər, ərazidə kanalizasiya daşır və qoxusu ətrafı bürüyür. Yaşıldərənin problemlərini saymaqla bitmir. Sakinlər deyir, yollar bərbad vəziyyətdədir, məktəb də çox uzaqda yerləşir. Sumqayıt şəhəri icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Toplum TV-yə bildirdi ki, qəzalı yollar ilə bağlı tədbirlər həyata keçirilir. Yaşıl Dərə yaşayış massivində də bu il bəzi küçələrdə asfaltlanma işləri aparılıb və gələcəkdə də bu istiqamətdə işlərinin davam etdirilməsi nəzərdə tutulub. Bildirildi ki, ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsinin qurulması nəzərdə tutulub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06