Multimedia

Zamin Salayev işi - vəkillər şahidlərin hadisəni görmədiyini deyir 

Fatimə Mövlamlı
17 May, 2023
123

Mayın 17-si Qaradağan rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Zamin Salayevin növbəti məhkəmə prosesi keçirilib. Zamin Salayev həbsinə etiraz olaraq keçirdiyi aclıq aksiyasının 100-cü günündə hakim qarşısına çıxıb. Toplum TV- xəbər verir ki, Salayev məhkəmə zalına konvoy işçilərinin qoluna girərək daxil olub. Yeriməkdə çətinlik çəkirdi.  

Zamin Salayevin vəkili Nemət Kərimli deyir, ittihamı təsdiqləyən şahid ifadəsi yoxdur. 

Məhkəmə prosesi zamanı Zamin Salayevin səhhəti pisləşib. Bu barədə vəkili Fəxrəddin Mehdiyev Toplum Tv-yə danışıb. 

Zamin Salayevin saxlanıldığı əməliyyatda iştirak edən polis əməkdaşları Əfqan Əliyev və Etibar Eyvazov məhkəmədə şahid qismində dindirilib. Onların ikisi də Salayevi hadisə yerinə yığılan sıravi vətəndaşların saxlayıb, polisə təhvil verdiyini iddia edir. AXCP sədri Əli Kərimli məsələ ilə bağlı deyir ki, həmin vətəndaşlardan heç biri istintaqa ifadə verməyib. 

Əlizamin Salayev fevralın 7-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 221.3 – cü maddəsilə (xuliqanlıq-silah və ya silah kimi istifadə olunan əşyaların tətbiqilə zərərçəkmişə qarşı güc tətbiqi) cinayət işi açılıb. İttiham sübut olunarsa, Salayevi 5 ilədək həbs təhlükəsi gözləyir. Salayev öz həbsini sifarişli hesab edir və məhkəmənin qərarına etiraz olaraq 100 gündür aclıq edir. Amerika səfirliyinin rəsmiləri də məhkəmə prosesində iştirak edib. İki gün öncə ABŞ Salayevi azadlığa buraxmağa çağıran bəyanat vermişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Şəhid ailələri dəfn pulu tələb edir

Samirə Əli
3 İyun 2023
1988-1994-cü illərdə Qarabağ müharibəsində həlak olanların yaxınları iyunun 2-si Prezident Administrasiyasının vətəndaş qəbulu mərkəzinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar dövlətin ayırdığı dəfn pulunu tələb ediblər.
Multimedia

"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini

Fatimə Mövlamlı
2 İyun 2023
Leyla Kərimova Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindəndir.  Martın 31-də  gecə  Bolqarçay daşanda, sel təhlükəsindən qaçanlardan biri də o olub. Deyir, gecə ilə polislər kənd əhalisinə xəbərdarlıq edib ki, sel gəlir, evlərdən çıxın.  Biləsuvar rayon icra hakimiyyətinin adından yayılan məlumatdasa sel təhlükəsinə görə, xüsusi qərargah yaradılğı, həmin gecə 3 kənddə – Amankəndin bir hissəsində, Yuxarı Ağalı və Muğan kəndlərində bütünlükdə camaatın, onların mal-qarasının, ətraf obalarda heyvandarlıqla məşğul olanların sağ-salamat təxliyə edildiyi, kəndlərə giriş-çıxışın bağlandığı, sel təhlükəsi sovuşandan sonra onların geri qayıtdığı bildirilirdi. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da bu prosesə cəlb edildiyi deyilirdi.  Leyla Kərimovanın sözlərinə görə isə, İH onların təxliyyəsi...

Seçilmiş Videolar

Toplum TV loqo