Qarabağ qazisi: Bu medalları alan oğlan Bakı şəhərində ac qalıb
2-ci Qarabağ müharibəsi veteranı Zamir Hüseynov müharibədən gələndən sonra işsizlikdən əziyyət çəkdiyini deyir. O deyir ki, müəyyən orqanlara iş üçün müraciət etsə də, onunla maraqlanan olmayıb. O da günəmuzd iş üçün Beyləqandan Bakıya gəlməli olub. Zamir Hüseynov iddia edir ki, Beyləqan rayonunun məşğulluq mərkəzi ondan iş üçün rüşvət istəyib. Beyləqan Rayon Məşğulluq Xidməti bunun doğru olmadığını deyir. Zamir Hüseynov deyir ki, Beyləqanda görə biləcəyi yeganə iş ancaq mal-qara saxlamaqdır. Amma dövlət qurumları tövləsi yoxdur deyə, ona mal-qara da verməyiblər. Beyləqan Məşğulluq xidmətindən isə Toplum TV-yə bildiriblər ki, Zamir Hüseynov Bakıda yaşadığı üçün artıq ona iş də verə bilməzlər.
Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?
Ən uca bayraq dirəyinin qalmaqallı tarixçəsi
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir