Bura Qaxın İbaxlı kəndidir. Sakinlər deyir ki, illərdir qaz üzünə həsrətdirlər.
Bənzər Muradova da 42 ildir bu kənddə yaşayır. O da kəndin digər minə yaxın sakini kimi evi odunla isidir, yeməyini ocaqda bişirir.
Preziden İlham Əliyev hələ 2020-ci ildə ölkənin qazlaşmasının 96 faizi keçdiyini demişdi. Prezident ən qısa zamanda qazlaşmanının 100 faizə çatdırılmasını tapşırmışdı. Qaz üzü görməyən 4 faizə daxil olan İbaxlı sakinləri də bu tapşırığın nə vaxtsa icra ediləcəyinə ümidlidirlər. Çünki dövrün tələbləri bir yana, oduna xərclədikləri pul da büdcələrinə yükdür.
Bənzər Muradova deyir ki, kəndə qaz çəkilsə, tüstüdən canları da qurtarar.
Kəndə qaz çəkilməsi üçün bir müddət öncə iş başladılıb, sonra isə dayandırılıb. Səbəbi bilinmir.
Azəriqaz İstehsalat Birliyindən Toplum TV-yə bildiriblər ki, bu il qazlaşdırma növbəsində digər kəndlərdir, İbaxlıya isə hələ növbə çatmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum Tv
İctimai fəal Bəxtiyar Hacıyevə görə həbs olunduğunu deyir
Toplum TV