Qazax məmurları tərəfindən aldadılan veteran xanım evsiz qalıb
Birinci Qarabağ müharibəsi veteranı Kəmalə Namazlı Qazax bələdiyyəsinin sədri Tofiq Orucov və rayonun icra başçısının birinci müavini Məmməd Alıyev tərəfindən aldadıldığını iddia edir.
Qazax rayon bələdiyyə sədri torpaq nöbəsindən çəkiləcəyi təqdirdə ona sığınacaq vəd etsə də, buna əməl etməyib.
Şikayətçi həm torpaqsız, həm də evsiz qalıb. Toplum TV bələdiyyə sədrinin məsələyə münasibətini öyrənib. İttihamlarda adı hallanan İcra başçısının birinci müavini isə adımızı eşidən kimi telefonunu söndürüb.
Veteran xanım haqqı olan torpaq sahəsinin ona verilməsini istəyir. şikayətçi həmin torpaq sahəsini Qazax rayonunun məmurlarının zəbt etdiyini deyir.
Onun sözlərinə görə orada heç bir sadə vətəndaşın evi yoxdur. Bələdiyyə sədri isə şikayətçinin sözlərinin yalan olduğunu, ona heç bir sığınacaq vəd etmədiyini deyir.
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?