Qazi atası: Heydər Əliyevin heykəlinin yanında aclıq edəcəm
65 yaşlı Zahir Əliyev Qalağayın kəndində yaşayır. O, Sabirabad rayon Yaşıllaşdırma idarəsində mühafizəçi işləyir. Deyir ki, bu yaşında xəstə yoldaşını və uşaqlarını dolandırmaq onun üçün çətindir.
Zahir Əliyevin kiçik oğlu Ağamirzə Əliyev 2-ci Qarabağ müharibəsində iştirak edib, Ağdamın işğaldan azad olunmasına görə, medalla təltif olunub.
Ancaq nə bütün ailənin YAP-a üzv olması, nə də oğlunun müharibədəki şücaəti onları sosial sıxıntılardan qurtarmır. Maaş az, təklif olunan işlərsə qənaətbəxş deyil.
Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı “Toplum TV”yə açıqlamasında müharibə iştirakçılarının diqqətdə saxlanıldığını söyləyir. Qazinin işlə təmin olunacağını bildirib.
Güzaranından bezən Zahir kişi isə artıq yorulduğunu söyləyir. Tək bir yolunun qaldığını deyir:
“Baxan olmasa Heydər Əliyev cənablarının heykəlinin yanında aclıq edəcəm”
"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir
Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir