Toplum TV-nin Qaynar Xəttinə müraciət edən Sənan Qayıbov Birinci Qarabağ müharibəsində iştirak edib, xəsarət alıb. O, qazilərə verilən sığorta ödənişinin də az olduğunu deyir.
Qazinin sözlərinə görə, 1997-ci ildə qəbul olunan qanun hərbçilərin büdcəsinə hesablanmışdı. Belə ki, həmin qanuna əsasən, hər bir hərbi qulluqçu qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqının min misli məbləğində sığorta edilirdi.
https://toplum.tv/multimedia/oglunu-herbi-xidmetde-itirenler-11-saat-etiraz-aksiyasi-kecirib
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Rey Kərimoğlu deyir ki, əvvəlki hesablamanın qüvvədə olduğu zaman minimum əmək haqqı da çox aşağı idi və indeksləşdirildiyi zaman müharibə əlillərinin sığorta ödənişləri qənaətbəxş deyildi.
2006-ci ildə edilən dəyişiklikdən sonra müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun olaraq sığorta ödənişi sabit məbləğlərlə həyata keçirilir.
1-ci dərəcəyə görə - 8 800 manat
2-ci dərəcəyə görə - 6600 manat
3-cü dərəcəyə görə - 4 400 manat
2-ci dərəcəli əlilliyi olan Sənan Qayıbov bu pulun çox az olduğunu söyləyir.
Rey Kərimoğlu da razılaşır ki, ödənişlər gecikdirildiyində qanunvericilikdəki boşluqlar üzündən qazilərin sığortalanması zamanı ədalətlilik prinsipi qorunmayıb.
Birinci Qarabağ müharibəsindən uzun müddət keçib. Sənan Qayıbov kimi müharibə iştirakçılarının bəziləri artıq dünyadan köçüb. Sağ qalanların bəzisi ümidini itirib, bəzisi isə Rey Kərimoğlu və Sənan Qayıbov kimi hələ də dəyişiklik ümidindədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Karantin rejimi uzadıldı - "Mənim fikrim heç nəyi dəyişdirmir"
Toplum TV