Multimedia

Qazinin etirazı: "Niyə bizi öldürürsünüz?"

Samirə Əli
29 İyul, 2022
796

İkinci Qarabağ müharibəsinin iştirakçısı Qadir Cəfərov İcbari Tibbi Sığorta qarşısında etiraz edib. Şikayətçinin etirazı ona əlillik təyinatının verilməməsi ilə bağlıdır. 

“ Mən bu qol boyda olan körpə uşağıma başa sala bilmərəm ki, yemə, içmə, gözlə. Məni bu canla heç kim işə götürmür. Nərimanovda Cənab prezidentin köməkçisinin qəbulunda olmuşam. Dedilər ki, get köməklik edəcəyik. Şəhid ailələrinə, qazi ailələrinə həmişə diqqət,qayğı göstəririk. Nömrələr veriblər, heç birinə zəng çatmır, heç biri qəbul etmir. Yalandan təzə prezidentin qəbul şöbəsini yaradıblar orda”.  

Qadir Cəfərov deyir ki, ilk dəfə apreldə əlillik təyinatı üçün müraciət etsə də, imtina cavabı alıb. Növbəti müraciətini iyunda edib. Şikayətçinin sözlərinə görə, icbari tibbi sığor-ta hələ də sənədləri əmək və əhalinin sosial müdafiəsi nazirliyinə təqdim etməyib. 

“ İyulun 18-dən sənədlərimi vurdurmuşam. Mənə bildiriş kodu verilib, əmək və əhalinin sosial müdafiə nazirliyi kodu daxil edir, amma heç bir yerdə adım yoxdur, sənədlərim çıxmır. Qalmışam bunların əlində. Bax, taksiyə pulum yoxdur, evdə uşağım acından ölür, kirayəni verə bilmirəm. Heç bir yerdə işləyə bilmirəm . Məni niyə öldürürsünüz? Gəlmişəm, icbari tibbi sığortaya. Mənə köhnəə bildiriş kodunu göstərib deyir ki, vurmuşam sənədləri”. 

İcbari tibbi sığortanın nümayəndəsi Elşad Əliyev isə deyir ki, sənədlər nazirliyə təqdim edilib.  

“ Bu kağızın da ona verilməsinin səbəbi odur ki, göndəriş artıq rəsmiləşdirilib. Tarix də qeyd olunub- 18 iyul. Səhiyyə nazirliyindən də ötürülüb sosial müdafiə nazirliyinə. Nazirlik də sistemdən çəkib, qardaşımızı əyani müayinəyə çağırıb, təzədən dəyərləndirmə aparmalıdır. əslində psixiyatrik problemlər Səhiyyə nazirliyinə daxildir, icbari tibbi sığortaya aidiyyatı yoxdur. Sadəcə, qardaş bizə müraciət etmişdi”. 

Etiraz etdikdən sonra Qazi Qadir Cəfərov iyulun 29-u nazirliyə çağırılıb. Əlilliyin təyinatı ilə bağlı komissiya tərəfindən əyani müayinə olunub. Qurumdan vətəndaşa 15 iş günü ərzində geridönüş ediləcəyi bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini

Fatimə Mövlamlı
2 İyun 2023
Leyla Kərimova Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindəndir.  Martın 31-də  gecə  Bolqarçay daşanda, sel təhlükəsindən qaçanlardan biri də o olub. Deyir, gecə ilə polislər kənd əhalisinə xəbərdarlıq edib ki, sel gəlir, evlərdən çıxın.  Biləsuvar rayon icra hakimiyyətinin adından yayılan məlumatdasa sel təhlükəsinə görə, xüsusi qərargah yaradılğı, həmin gecə 3 kənddə – Amankəndin bir hissəsində, Yuxarı Ağalı və Muğan kəndlərində bütünlükdə camaatın, onların mal-qarasının, ətraf obalarda heyvandarlıqla məşğul olanların sağ-salamat təxliyə edildiyi, kəndlərə giriş-çıxışın bağlandığı, sel təhlükəsi sovuşandan sonra onların geri qayıtdığı bildirilirdi. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da bu prosesə cəlb edildiyi deyilirdi.  Leyla Kərimovanın sözlərinə görə isə, İH onların təxliyyəsi...
Multimedia

İşçilərin təhlükəsizliyi yetərincə qorunurmu? - SORĞU

Fatimə Mövlamlı
31 May 2023
Hər il tikinti və istehsalat sahəsində bədbəxt hadisələr baş verir. Bu bədbəxt hadisələr bəzən ölümlə nəticələnir.  İşçilərin təhlükəsizliyi kifayət qədər qorunurmu?  Bakı sakinləri Toplum Tv-nin sorğusunda iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo