Gəncənin qəzalı stadionunda 4 ildən sonra ilk dəfə futbol matçı keçirilib. Bazar günü Peşəkar Futbol Liqasında Kəpəz-Neftçi futbol klubları qarşı-qarşıya gəlib. Oyunçular arasında dava düşüb.
Stadionun uzun müddət qəzalı vəziyyətdə olması səbəbindən son qarşılaşma 2018-ci ilin mayın 25-də keçirilmişdi. Ötən bazar günü keçirilən görüşdə polis azərkeşləri yuxarı oturacaqlarda əyləşməyə qoymayıb.
Azərkeşlər Toplum TV-nin bölgədəki müxbirinə stadionun qəzalı vəziyyətdə olmasından danışıb.
Stadionun niyə təmir olunmaması və qəzalı vəziyyətdə ola-ola niyə istifadəyə verilməsi barədə sualları Kəpəz FK-nın mətbuat katibi Azad Mustafayevə ünvanlamaq istədik.
Oyun Neftçinin 2:0 qələbəsilə başa çatıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür