Qiymətlər manatla, pensiyalar qəpiklə artır - Ekspert rəyi
"Pensiyalara gözlənilən artım inflyasiya rəqəmlərini üstələməyəcək".
Bunu Toplum Tv-yə iqtisadçı Fərid Mehrəlizadə deyib.
Yeni ildən Azərbaycanda bütün növ pensiyalarda artımların olacağı bildirilir. Belə ki, pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək. İqtisadçı Fərid Mehralızadənin fikrincə, gözlənilən artım pensionerlərin sosial rifahına ciddi təsir etməyəcək.
İqtisadçının sözlərinə görə, pensiya artımı əhalinin ehtiyaclarını ödəməməsinin əsas səbəblərindən biri odur ki, minimum pensiya məbləği aşağıdır.
Fərid Mehrəlizadə hesab edir ki, Azərbaycanda normal yaşayış üçün minimum pensiya məbləği 400-500 manat olmalıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06