Sentyabrın 13-də Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company"-nin sabiq rəhbəri Rasim Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
Rasim Məmmədovun vəkillərindən biri olan Elçin Sadıqov Sentyabrın 10-dan 11-nə keçən gecə həbs olunub. Elçin Sadıqov, jurnalist Əvəz Zeynallının həbs olunmuş iş adamı Rasim Məmmədovdan rüşvət almasında vasitəçi olmaqda günahlandırılır.
Rasim Məmmədovun vəkillərindən biri də Elçin Sadıqovun həyat yoldaşı Zibeydə Zəkəriyyəyevadır. Zibeydə Zəkəriyyəyeva məhkəmədən sonra Toplum TV-yə açıqlamasında bildirib ki, Rasim Məmmədovun ailəsi onun vəkillik fəaliyyətini davam etdirməsini istəyib.
Məhkəmə prosesində ifadə verərkən Rasim Məmmədov Əvəz Zeynallının onu və ailə üzvlərini uzun illər terror və təhdid etdiyini bildirib. Bundan əvvəlki məhkəmə prosesində isə o, həmin dövrdə biznesinə Prezident Administrasiyasının yüksək vəzifəli məmurları Ramiz Mehdiyev və Bəylər Əyyubovun himayə etdiyini bildirmişdi.
Rasim Məmmədov Elçin Sadıqovun jurnalistlə sövdələşmələrdə iştirak edib etmədiyi barədə heç nə deməyib. Rasim Məmmədovun ailə üzvləri məhkəmə prosesindən çıxarkən kameralardan və jurnalistlərdən yayınmağa çalışıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür