ReAl partiyası- Hökumət Venesiya komissiyasının rəyini almayıb
Azərbaycan hökuməti “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini qəbul etməyə hazırlaşır.
Hökumət nümayəndələri layihə hazarlanarkən Venesiya komissiyasının tövsiyələrinin nəzərə alındığını söyləsə də, bəzi müxalifət partiyaları bunu qəbul etmir. Respublikaçı Alternativ(ReAl) Partiyasının sədri İlqar Məmmədov “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı Azərbaycan hökumətinin beynəlxalq qurumlarla məsləhətləşmədə iştirak etmədiyini söyləyir. O hökumətsiz Venesiya komitəsinin rəyini almaq üçün artıq addımlar atdıqlarını söyləyir.
Milli Məclisin deputatı Elman Nəsirov iddiaları qəbul etmir və layihə hazırlanarkən 20-dən artıq Avropa ölkəsi təcrübəsinin nəzərə alındığını söyləyir.
Demokratik Təşəbbüslər İnstitunun (DTİ) rəhbəri Akif Qurbanov Venesiya Komitəsi ilə bağlı məsləhətləşmələrin prosedurunda gizlilik olmadığını bildirir. Hökumətin müraciətinə sözügedən komitənin adətən öz rəyini ictimaiyyətə də açıqladığını vurğulayır.
Azərbaycanda siyasi partiyalar haqqında qanun 1992-ci ilin iyun ayında qəbul olunub. Qanuna dəyişiklik təşəbbüsü iyun ayında verilib.
Noyabrın 21-də "Siyasi partiyalar haqqında" qanun layihəsi yeni redaksiyada Milli Məclisin saytına yerləşdirilib. 30 maqddədən ibarət layihənin etiraz doğuran bəzi müddəalar qanun layihəsindən çıxarılıb.
Əvvəl 200 nəfər təsisçi tələbi 50 nəfərə endirilib. Partiyanın qeydiyyata alınması üçün nəzərdə tutulan 10 min nəfərlik say isə yeni redaksiyada 5000 nəfər göstərilib.
Amma yenilənmiş variantda da partiyaları narahat edən məqamlar yox deyil. Belə ki, partiya üzvlərinin sayı 4500-dən aşağı enərsə, məhkəmə qərarı ilə partiya buraxıla bilər. Əsas müxalifət partiyaları qanun layihəsinə etiraz edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Toplum TV
Toplum TV