Multimedia

ReAl partiyası- Hökumət Venesiya komissiyasının rəyini almayıb

Vüsalə Mikayıl
25 Noyabr, 2022
152

Azərbaycan hökuməti “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini qəbul etməyə hazırlaşır.  

Hökumət nümayəndələri layihə hazarlanarkən Venesiya komissiyasının tövsiyələrinin nəzərə alındığını söyləsə də, bəzi müxalifət partiyaları bunu qəbul etmir.                                                       Respublikaçı Alternativ(ReAl) Partiyasının sədri İlqar Məmmədov “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı Azərbaycan hökumətinin beynəlxalq qurumlarla məsləhətləşmədə iştirak etmədiyini söyləyir. O hökumətsiz Venesiya komitəsinin rəyini almaq üçün artıq addımlar atdıqlarını söyləyir. 

Milli Məclisin deputatı Elman Nəsirov iddiaları qəbul etmir və layihə hazırlanarkən 20-dən artıq Avropa ölkəsi təcrübəsinin nəzərə alındığını söyləyir.  

Demokratik Təşəbbüslər İnstitunun (DTİ) rəhbəri Akif Qurbanov Venesiya Komitəsi ilə bağlı məsləhətləşmələrin prosedurunda gizlilik olmadığını bildirir. Hökumətin müraciətinə sözügedən komitənin adətən öz rəyini ictimaiyyətə də açıqladığını vurğulayır. 

Azərbaycanda siyasi partiyalar haqqında qanun 1992-ci ilin iyun ayında qəbul olunub. Qanuna dəyişiklik təşəbbüsü iyun ayında verilib. 

Noyabrın 21-də "Siyasi partiyalar haqqında" qanun layihəsi yeni redaksiyada Milli Məclisin saytına yerləşdirilib. 30 maqddədən ibarət layihənin etiraz doğuran bəzi müddəalar qanun layihəsindən çıxarılıb.  

Əvvəl 200 nəfər təsisçi tələbi 50 nəfərə endirilib. Partiyanın qeydiyyata alınması üçün nəzərdə tutulan 10 min nəfərlik say isə yeni redaksiyada 5000 nəfər göstərilib.  

Amma yenilənmiş variantda da partiyaları narahat edən məqamlar yox deyil. Belə ki, partiya üzvlərinin sayı 4500-dən aşağı enərsə, məhkəmə qərarı ilə partiya buraxıla bilər. Əsas müxalifət partiyaları qanun layihəsinə etiraz edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Orxan Əsgərovun dəfni - Deputatlar: İran üzr istəsin

Fərid İsmayılov
30 Yanvar 2023
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan mühafizə rəisi Orxan Əsgərov bu gün, yanvarın 30-da II Fəxri Xiyabanda dəfn edilib.  Dəfn mərasimində hökümət rəsmiləriylə yanaşı Türkiyə və İranın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər. Milli Məclisin deputatı Aydın Mirzəzadə Toplum TV-yə açıqlamasında bildirib ki, səfirliyə edilən hücum terror hadisəsidir: "Bu gün dəfn etdiyimiz Orxan ƏSgərovun qanı İran dövlətinin üzərindədir. İran dövləti bu məsələyə aydınlıq gətirməlidir". Milli Məclisin digər deputatı Naqif Həmzəyev isə deyib ki, proseslərin gərginləşməsinin səbəbi İran dövlətidir: "İran tərəfi məsuliyyəti öz üzərinə götürməlidir. Cəsarət tapıb Azərbaycan xalqından, dövlətindən, hökümətindən üzr istəməlidir" Baş vermiş hadisədən sonra...
Multimedia

İranla Azərbaycanın mehriban qonşu olması üçün nə lazımdır?

Samirə Əli
Günel Manaflı
27 Yanvar 2023
Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Son dönəmlər Azərbaycanla İran arasında gərginlik hökm sürür. Bəs Azərbaycanla İranın mehriban qonşu olması üçün nə lazımdır?

Seçilmiş Videolar

Toplum TV loqo