Multimedia

Rəşad Dağlı işi: Qurban kimdir?

10 Noyabr, 2022
539

Meyxana aləmində Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov qətl törətməkdə şübhəli bilinir. 

Onun 43 yaşıl İsgəndər Mehdiyevi öldürdüyü bildirilir. Öldürülən şəxsin də narkotik satışına görə uzun müddət həbsdə olduğu və yenicə azadlığa çıxdığı deyilir. 

İddia olunur ki, hadisənin başvermə səbəbi İsgəndər Mehdiyevin Rəşad Dağlını təhqir etməsi olub. 

Fərziyyələr var ki, Rəşad Dağlı bir meyxana zamanı narkotik satanların ünvanına dediyi sözlərə görə İsgəndər Mehdiyev onu təhqir edib. Rəşad Dağlı isə bu təhqirlərə dözməyərək, qətl törədib.

Hüquqşünas Ələsgər Məmmədli deyir, əgər meyxanaçı doğrudan da narahatedici bir halla qarşılaşmışdısa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərdi. 

Sosial şəbəkələrdə Rəşad Dağlıya dəstək mesajları az deyil. Kimisi onun şərləndiyini, kimisi təxribata qurban getdiyini yazır kimisi də hadisənin hüquq mühafizə orqanlarına güvənsizliyin nəticəsi olduğunu bildirir. 

Daxili İşlər Nazirliyi Rəşad Dağlının özünün polisə təslim olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU

5 Mart 2024
“Qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib. Toplum TV Bakı sakinlərini arasında sorğu keçirib: Sizcə, Azərbaycanda neft gəlirləri ədalətli şəkildə bölünürmü?
Multimedia

"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"

5 Mart 2024
Ömər Hüseynov mart ayının 4-də Müdaifə Nazirliyi qarşısında etiraz aksiyası keçirib.  "İkinci Qarabağ Müharibəsi" zamanı oktyabr ayından Ağcabədidə, dekabrdan isə Qubadlının müdafiəsində olduğunu bildirir. Deyir veteranlıq almaq üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, arxa cəbhədə olduğu deyilərək, veteranlıq verilmir. 

Seçilmiş Videolar

Toplum TV loqo