Rəsulzadənin Stalini gizlətdiyi məscid bərpasını gözləyir
Novxanı qəsəbəsində yerləşən Şah Hüseyn məscidi 18-ci əsrin tarixi memarlıq abidəsidir. Məscid Səfəvi hökmdarlarından olan Şah Sultan Hüseynin göstərişi ilə inşa edilib. Deyilənlərə görə, Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə İosif Stalini ölümdən xilas edərkən onu bu məsciddə gizlədib.
İndi baxımsız vəziyyətdə qaldığından tarixi abidənin yarısı uçub. Kənd sakinləri deyirlər ki, zaman-zaman öz hesablarına məscidi təmir etmək istəsələr də, buna icazə verilməyib.
https://toplum.tv/multimedia/bakida-sorgu-sizce-deniz-temizdir
Digər bir tarixi abidə isə Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Karvansaradır. O, Şirvanşah Xəlilullahın əmri ilə 1439-1440-cı illərdə inşa edilib.
1970-ci illərdə bir dəfə təmir olunub və restoran kimi fəaliyyət göstərib. İndi isə 600 yaşı olan bu karvansaranın yerləşdiyi ərazini camaat "nəcisli dərə" kimi tanıyır.
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb