Rizvan Talıbov: Biz dövlət yaratdıq və prezident seçildim
Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin mart ayında yaradılışını elan etdiyi tanınmamış respublika sentyabrın 19-da Ankara şəhərində nümayəndəliyini açıb. Bu, İctimai Birliyin ilk beynəlxalq addımıdır.
Birlik təmsilçiləri elan etdikləri qurumun bəzi dövlət atributlarına malik respublika olacağını deyir. Tanınmamış Göyçə Zəngəzur Respublikası öz prezidenti, parlamenti, Nazirlər Kabinetinin olduğunu deyir.
https://toplum.tv/multimedia/xain-damgasi-vurulan-jurnalist-men-sengerde-can-qoyanda
Rejimin prezidenti Rizvan Talıbov bildirir ki, respublika Ermənistan ərazisində azərbaycanlıların kompakt yaşadığı bütün bölgələrin təmsilçiləri tərəfindən qurulub.
Qərbi Azərbaycan İcması bəyanat verərək, bu təşəbbüsü dəstəkləmədiyini deyir.
Sentyabrın 19-da isə deputat Tural Gəncəliyev "tvitter" sosial şəbəkəsində təşəbbüsə dəstək ifadə etsə də, sonradan tviti silib.
Mart ayında yaradılan respublika haqqında deputatın bəyanatı sentyabrın 12-15də Azərbaycan Ermənistan sərhəddində qanlı döyüşlərdən sonraya təsadüf edir.
Həmin döyüşlərdən sonra bəzi ərazilər Azərbaycanın nəzarətinə keçib.
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun hər iki tərəfin rəsmi və qeyri-rəsmi mənbələrindən topladığı məlumatlar əsasında hazırladığı xəritədən görünür ki, Azərbaycan Ermənistanın 30 faizə qədərinə fiziki və vizual olaraq nəzarət etmək iqtidarındadır.
Siyasi şərhçi Anar Məmmədli azərbaycanlıların Ermənistan ərazisində virtual rejimlər qurmasını Azərbaycanın Ermənistana siyasi hərbi təzyiqinin bir hissəsi kimi qiymətləndirir
A.Məmmədli bildirir ki, Azərbaycanın bu addımları onu beynəlxalq arenada haqsız vəziyyətə sala bilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?