Rusiyada qayıda bilməyən azərbaycanlıların aqibəti necə olacaq?
Rusiyada qismən səfərbərlik bir həftədir elan olunub. Sentyabrın 21-dən Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində müharibənin davam etdirilməsi üçün “qismən səfərbərlik” elan edib. Rusiya hakimiyyəti 300 min ehtiyatda olan əsgəri səfərbər etmək niyyətini açıqlayıb, lakin KİV-in məlumatına görə, real rəqəm bir milyon nəfəri keçə bilər.
Səfərbərlik elan olunandan sonra 70 minə yaxın Rusiya vətəndaşının ölkəni tərk etdiyi bildirilir.
Azərbaycan diasporundan verilən məlumata görə, hazırda Rusiyada 2 milyon 500 min azərbaycanlı yaşayır.
Artıq iki ildən çoxdur ki, Azərbaycan qonşu ölkələrə quru yollarını bağlayıb. Səfərbərlik elan edilən gündən bəri Rusiyadan vizasız ölkələrə kütləvi uçuşlar davam edir. Qismən səfərbərlik qərarından sonra aviabiletlərin də qiyməti kəskin bahalaşıb.
İkili vətəndaşlığı olan, müəyyən səbəblərdən ( iş və ya təhsil üçün Rusiyada yaşayanlar) Rusiyada yaşayan soydaşlar var ki, onlar Azərbaycana gəlməyə çalışsa da, bilet tapa bilməyiblər.
Bəs Azərbaycan hökuməti öz soydaşlarının ölkəyə gətirilməsi istiqamətində hansı addımları atır?
Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, qurum Azərbaycanda işləyən, yaşayan və qanuni fəaliyyət göstərən əcnəbilərin qeydiyyatı kimi işlərlə məşğuldur. Dövlət Miqrasiya Xidmətinin digər xarici dövlətlərdəki soydaşların ölkəyə qaytarılması kimi işlərə cavabdeh deyil.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Toplum Tv”yə bildirilib ki, Rusiyadakı soydaşların Azərbaycana gətirilməsi üçün hansısa təşəbbüsün atılması qurumun səlahiyyətində deyil. Rusiyadan hava yolu ilə soydaşların Azərbaycana gətirilməsi üçün nazirliyin Azərbaycan Hava Yolları (AZAL) ilə hansısa danışıqların aparılması planlaşdırılırmı sualımıza verilən cavabda bildirilib ki, indiki durumda Xarici İşlər Nazirliyinin AZALla heç bir təşəbbüsü yoxdur.
REAL partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli deyir ki, Rusiya vətəndaşlığını almayan azərbaycanlılar hərbi səfərbərliyə cəlb edilə bilməz:
“ Amma Rusiyada ümumi hadisələrin gərginləşməsi, iqtisadi vəziyyətin gərginləşməsi səbəbindən onlar da Azərbaycana qayıtmaq istəyə bilərlər. Obrazlı təsəvvür etsək, Azərbaycan passportu olan istənilən şəxs ölkənin qapısını döyürsə,o qapı açılmalıdır və vətəndaş içəriyə daxil olmaldır. Bu, Azərbaycanın konstitusiyasında yazılmış müddəadır. Yeganə məhdudiyyət o zaman ola bilər ki, fövqəladə vəziyyət elan edilsin.
Amma ikili vətəndaşlığı olan azərbaycanlılar var ki, onlarla bağlı vəziyyət qəlizdir. Çünki onlar həm də Rusiya vətəndaşları olduqları üçün qanunvericiliyə görə, onlara da şağırış vərəqəsi verilə bilər. Bu halda həmin azərbaycanlılar ya Rusiya vətəndaşlığından imtina etməlidirlər, ya da dövlətlərarası yəni Azərbaycanla Rusiya arasında müəyyən danışıqlar aparıb, həmin vətəndaşlar üçün Rusiya ərazisində hüquqi yardım göstərilə bilər”,-deyə Cəfərli əlavə edib.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, çarter reyslər sifariş edir:
“ Bu prosesə digər beynəlxal sərnişindaşıma ilə məşğul olan aviaşirkətlər də cəlb edilir. Başqa bir variant da Xəzər dənizi üzərindən hərəkət ola bilər. Məsələn, hazırda Türkmənistanla Azərbaycan arasında hərəkət var. Həştərxan-Bakı arasında gəmiyolu ilə sərnişindaşıma həyata keçirilə bilər. Amma əsas məsələ odur ki, soydaşlarımız bu prosesdə fəal olmalıdırlar. Aidiyyatı strukturlara çoxsaylı müraciətlər ünvanlanmalıdır ki, yeni alternativlər düşünülsün”,-deyə ekspert əlavə edib.
Bəs Rusiyada yaşayan soydaşlar üçün quru yollar açıla bilərmi?
“Toplum Tv” Nazirlər Kabinetinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsa da, zənglərimiz cavabsız qalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?