Multimedia

Rusiyalıların axını Azərbaycana necə təsir edəcək?

Vüsalə Mikayıl
29 Sentyabr, 2022
1843

Vladimir Putinin Rusiyada  qismən səfərbərlik elan etməsi nəticəsində ruslar ölkə sərhədlərinə üz tutub. 

Gürcüstanın Dövlət xidmətlərinin inkişafı Agentliyinin, ümumilikdə 2022-ci ildə təkcə Gürcüstanda yaşayış icazəsi üçün 2824 Rusiya vətəndaşının müraciət etdiyini bildirib. Ölkəyə gələn ruslar artıq iqtisadiyyata da təsir göstərməyə başlayıblar.  

Statistika göstərir ki, 2022-ci ilin təkcə son 6 ayında Rusiya vətəndaşları Gürcüstanda 7500 şirkət yaradıblar. 

Paralel olaraq Rusiya vətəndaşlarının Gürcüstandan mənzil alışları da sürətlə artır. 2022-ci ilin əvvəlindən indiyədək rusiyalılar  Gürcüstanda 4 mindən artıq mənzil alıblar.

Təkcə iyul ayında Rusiya vətəndaşlarının aldıqları mənzillərin sayı 3 mini keçib. 
Bəs Azərbaycanda gəlmə rusların iqtisadiyyata nə kimi təsirləri olacaq? 

İqtisadçı Rəşad Həsənov deyir ki, ruslar Azərbaycandan keçid ölkə kimi istifadə edirlər. Azərbaycandakı biznes mühitinin digər ölkələrlə müqayisədə əlverişli deyil. Amma rusların gəlişinin mənzil bazarına təsir edəcəyini vurğulayır.

Ekspertə görə, ölkəyə daxil olan rusların turizmə olmasa da, əmək bazarına təsiri olacaq.  

Sentyabrın 21-nə olan məlumata görə,  Qazaxıstan ərazisinə 98 minə yaxın Rusiya vətəndaşı daxil olub, Gürcüstan, Ermənistan statistikalarını açıqlasa da, Azərbaycanda hələ ki rəsmi rəqəmlər yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

DTX ictimai şəxsə sui-qəsd planından xəbərdar imiş

Məzahir Abdurahmanov
31 Mart 2023
İctimai televiziyanın martın 27-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatları ilə bağlı yayımladığı xüsusi reportajda tanınmış ictimai şəxsə sui-qəsd planından bəhs edilir.  Toplum TV xəbər verir ki, materialda Ruhulla Axundzadə adlı şəxsin tapşırığı ilə Faiq Zeynalov, Etibar Məmmədzadə və Hüseyn Hüseynzadə adlı şəxslərin  Azərbaycan Respublikasında İranın lehinə casusluq etdikləri iddia olunub.  Təqsirləndirilən şəxs Faiq Zeynalov açıqlamasında deyib ki, Bakı şəhərində ictimai şəxsin əvvəlcə izlənilməsi, ardınca da ona bıçaq və ya odlu silahla xəsarət yetirmək planı olub. Onun sözlərinə görə, məqsəd həmin şəxsə "göz dağı vermək" olub.  Materialda haqqında bəhs edilən ictimai şəxsin adı açıqlanmayıb. Amma təqsirləndirilən şəxsin "ictimai şəxsə göz dağı...
Multimedia

AXCP-nin aksiyasında polis müdaxiləsi

Fərid İsmayılov
30 Mart 2023
AXCP Ədliyyə Nazirliyi önündə aksiya keçirib. Etirazçılar "siyasi məhbuslara azadlıq" və s kimi şüarlar səsləndiriblər. Aksiya zamanı bütün fəallar polis tərəfindən saxlanılıb. DİN-dən Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, etirazçılar ərazidən uzaqlaşdırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo