Sabirabadda ağaclar quruyur, rəsmi qurumlar səssizdir
Sabirabadda park və yolllardakı ağaclar quruyur. Rayonun mərkəzində yerləşən İstirahət Parkında da oxşar vəziyət hökm sürür. Sabirabadda yay isti keçdiyindən yerli sakinlər nəfəslərini dərmək üçün bu parka gəlirlər. Tez-tez bura gələn rayon sakini Qabil Novruzov ağacların baxımsızlıqdan quruduğunu deyir. Rayon rəhbərliyi problemi ağaclara xəstəlik düşməsi ilə izah etsə də, sabirabadlılar bu fikirlə razı deyil:
“Ağacların susuzluqdan yanması Siraqəddin Cəfərov gələndən sonra baş verib. Keçmiş başçının dövründə su vurulurdu. Niyə bəzi yerlərdə yaşıl ağaclar qalır? Adını da qoyublar guya xəstəlik düşüb. İyul-avqust aylarında ağaclara su vuranda, qoruyanda belə olmur. Ölü vəziyyətdədir”
Bəs, ağaclara hansı qurum nəzarət edir? Yaşıllığın məhv olmasına görə kim cavabdehlik daşıyır?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova bildirir ki, ağaclar Sabirabad rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansına verilib. Bu səbəbdən qulluq məsələsi nazirliyin deyil, icra hakimiyyətinin səlahiyyətindədir.
“Toplum TV” sözügedən məsələ ilə əlaqədar Sabirabad rayon icra hakimiyyətindən hələlik mövqe ala bilməyib. Görünən odur ki, bu gedişlə istidən nəfəsi kəsilənlər Sabirabadın mərkəzində kölgəsində sərinləməyə ağac tapmayacaqlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür