Multimedia

Sabirabadlı qazi: "İcra başçısı deyir ki, get süpürgəçi işlə"

Lida Abbaslı
13 İyul, 2022
317

İkinci Qarabağ müharibəsi qazisi Teymur Tağıyev döyüşlər zamanı yaralandığını deyir.

Ciddi xəsarətlər alsa da, əlillik dərəcəsi ala bilmir.

Əlilliyin niyə verilmədiyinə isə açıqlama gətirilməyib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Toplum TV-yə bildirilib ki, qazi müayinə olunub və əllillik dərəcəsinə uyğun olmadığı müəyyənləşdirilib.

Teymur Tağıyevin əlillik təyinatına yenidən baxılıb-baxılmayacağı barədə sualımıza agentlikdən cavab ala bilmədik.

Multimedia

"Ali baş komandanın qonşuluğunda" sakinlər baxımsızlıqdan şikayətlənir

Aytac Məmmədli
Sənan İsmayıl
14 Avqust 2022
Bura Buzovna qəsəbəsinin "Mədən" kimi tanınan ərazisidir.  Sakinlər deyirlər ki, çoxdandır, özləri öz başlarının çarəsinə baxırlar. Yollarını da özləri düzəldirlər, su xətlərini də özləri çəkirlər.   Amma iş bununla da bitmir, çünki bu küçənin dərdi saymaqla qurtarmır.   "Zibil qabları yoxdur, ictimai nəqliyyat işləmir. Evlərin ünvanları yoxdur deyə, təcili yardım çağırmaqda çətinlik çəkirik. Bütün marketlər, poliklnika yolun o biri tərəfindədir. Bir marşrutumuz olsun ki, gedək xəstəxanaya çata bilək,  uşaqlar məktəbə getsin deyə avtobus tutur hamı",- sakinlər şikayətlənirlər.  Məhəllə sakini İxtiyar Abışov danışır ki, problemlərilə bağlı dəfələrlə bələdiyyəyə müraciət ediblər. Amma bir nəticə yoxdur.   Yeri gəlmişkən, 2006-2007 və 2011-2013-cü illərdə Bakı qəsəbələrinin sosial-iqtisadi...
Multimedia

Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?

Lida Abbaslı
Sənan İsmayıl
12 Avqust 2022
Dünyanın ən uzun bayraq dirəyi Azərbaycana gətirilib.  Ən uzun bayraq dirəyinə görə Tacikistandan sonra gələn Azərbaycan yenidən ən uzun bayraq dirəyinə görə Ginnes rekordlar kitabına düşməyi hədəfləyir. "Toplum TV" paytaxt sakinləri ilə  hansı göstəricilərlə ölkənin Ginnes rekordlar kitabına düşməsini istəmələri barədə sorğu keçirib. 

Seçilmiş Videolar

Toplum TV loqo