Vətəndaş Cəmaləddin Məmmədov Yasamal rayonu ərazisində yerləşən mağazasının sökülməsinə etiraz edir. O deyir ki, 21 saylı Mənzil İstismar İdarəsi qanunsuz söküntü aparır. Onun etirazlarına ərazidə olan məmurlar məhəl qoymayıb.
Toplum TV-nin jurnalistləri ərazidə olan məmurlarla danışmaq istəsə də, açıqlama ala bilməyiblər. Əksinə, jurnalistin telefonu əlindən alınıb. Söhbətin sonrasına isə telefon şahidlik edib.
Telefonun şahidliyi ilə davam edən müzakirələrdən məlum olur ki, digər obyektlərdə də söküntülər davam edəcək.
Ərazidə söküntülər niyə aparılır, tərəflərin hansı haqlıdır, hələ ki, aydınlaşdırmaq mümkün olmayıb.
Toplum TV məsələni diqqətdə saxlayacaq.
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?