Multimedia

Səfirliyə hücum edən "Mehdi Nökərləri" kimlərdir?

Roza Məmmədova
5 Avqust, 2022
335

Avqustun 4-də Londondakı Azərbaycan səfirliyinə hücum edən dindarlar Mehdi Nökərləri Birliyinin tərəfdarlarıdır. Hücum edənlər ərəbcə yazılan şüarlarla səfirliyin balkonuna çıxıb, Azərbaycan bayrağını yerə salıb, dini şüarlar səsləndirib. Bir müddət sonra səfirliyin təhlükəsizliyi təmin edilib və hücum edənlər saxlanılıb.  

Mehdi Nökərləri Birliyi səfirliyə hücumu Azərbaycanda şiə müsəlmanların təzyiqə məruz qalması ilə izah edib. Şüarlardan birində azərbaycanca yazı olub: "Ya Hüseyn şüarı silinməz". 

Təşkilatın qurucusu Küveyt əsilli Şeyx Yasər əl-Həbibdir. 

O, 1979-cu ildə Küveytin Əl-Mirqab şəhərində dindar şiə ailəsində anadan olub və Küveyt Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. Şeyx müxtəlif dövrlərdə qəzetlərdə redaktor kimi çalışıb, 1999-cu ildə isə Mehdi Nökərləri təşkilatını yaradıb. 2000-ci illərin əvvələrindən başlayaraq Küveyt Milli Məclisi təşkilatın fəaliyyətini tənqid edib, 2003-cü ildə təşkilatın qurucusu ilk dəfə bir il müddətinə ümumilikdə isə 15 il müddətə həbs cəzası alıb. Daha sonra Əl Həbib Britaniyada sığınacaq alıb.  

Mehdi Nökərləri həm də İran hökumətini tənqid edir. 2018-ci ildə bu təşkilat İran səfirliyinə də hücum təşkil etmişdi.  

 2021- ci ildə Təşkilatın 15 milyona hazırladığı "Cənnətin Xanımı" filmi bu ilin əvvəlində Londonda nümayiş olunub. Ancaq sonradan sünni müsəlmanların etirazlarına səbəb olduğu üçün kinoteatrlarda yayımdan çıxarılıb. 

İran və Pakistan hökuməti filmin müsəlmanları parçalamaq məqsədi daşıdığını bildirib. Filmin İranda yayımlanması qadağan olunub.

Multimedia

Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?

Lida Abbaslı
Sənan İsmayıl
12 Avqust 2022
Dünyanın ən uzun bayraq dirəyi Azərbaycana gətirilib.  Ən uzun bayraq dirəyinə görə Tacikistandan sonra gələn Azərbaycan yenidən ən uzun bayraq dirəyinə görə Ginnes rekordlar kitabına düşməyi hədəfləyir. "Toplum TV" paytaxt sakinləri ilə  hansı göstəricilərlə ölkənin Ginnes rekordlar kitabına düşməsini istəmələri barədə sorğu keçirib. 
Multimedia

Ən uca bayraq dirəyinin qalmaqallı tarixçəsi

Məzahir Abdurahmanov
Roza Məmmədova
12 Avqust 2022
Dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib. Dirəyi Türkiyənin "Çimtaş" şirkəti istehsal edib. Ümumi hündürlüyü 191 metr olan dirək əvvəlkindən 29 metr uzun olacaq. Hazırda bayraq dirəyinin quraşdırılması prosesi gedir. Əvvəlki dirək dünyanın ən hündür bayraq dirəyi olaraq 2010-cu ildə Ginnes dünya rekordları kitabına düşmüşdü. Ancaq bir neçə həftə sonra Tacikistanın daha uca bayraq dirəyi inşa etməsi ilə Azərbaycan birinciliyini itirdi. Bu bir neçə həftəlik liderlik Azərbaycan büdcəsinə azı 30 milyon manata başa gəlmişdi. 2009-cu ildə quraşdırılan bayrağın yalnız dirəyi 4 milyon manat dəyərində idi. Bu məbləğin 20 milyon manatı Ehtiyat Fondundan, 10 milyon manatı isə birbaşa 2011-ci il...

Seçilmiş Videolar

Toplum TV loqo