Multimedia

Şəhid ailəsi biganəlikdən gileylənir

Məzahir Abdurahmanov
18 Avqust, 2022
955

Goranboy rayonunun məcburi köçkünlər üçün salınmış yuxarı Ağcakənd qəsəbəsində yaşayan Xocalıdan məcburi köçkün Rahilə Hacıyeva Toplum TV-nin qaynar xəttinə icra hakimiyyətinin etinasızlığından gileylənib.

Rahilə Hacıyeva sonuncu dəfə icra hakiminin qəbulunda avqustun 3-də olub. Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov yuxarı Ağcakənd qəsəbəsində sakinləri qəbul edib. 

Rahilə Hacıyevanın sözlərinə görə, problemləri həll etmək üçün gələn icra hakimi sakinlərin problemini görməzdən gəlib. Rahilə Hacıyeva İcra Hakimiyyətindən hər zaman biganə münasibət gördüyündən şikayətçidir. Deyir, qızının işsizlik probleminin həlli üçün müraciətinin də cavabsız qalıb, üstəlik humanitar yardımlar da gəlib ona çatmır. 

Rahilə Hacıyevanın həyat yoldaşı Birinci Qarabağ müharibəsində şəhid olub. Qadın icra hakimindən xahiş edib ki, onun ərinin də şəklini Ağcakəndin girişində yerləşən memorial lövhədə yerləşdirsinlər.

Xocalı rayon İcra hakimiyyətindən Toplum Tv-yə bildirdilər ki, Rahilə Hacıyevanın şikayətlərindən xəbərdardılar. Ancaq Ağcakəndin girişində yerləşən memorial lövhədə Birinci Qarabağ müharibəsinin şəhidləri üçün yer yoxdur.

30 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayan Rahilə xanım deyir ki, Xocalıda gördüyü dəhşətlərin xatirəsi hələ də yaddaşındadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Kənddə İcradan, FHN-dən bir nəfər adam görmədim." - seldən qaçan kənd sakini

Fatimə Mövlamlı
2 İyun 2023
Leyla Kərimova Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindəndir.  Martın 31-də  gecə  Bolqarçay daşanda, sel təhlükəsindən qaçanlardan biri də o olub. Deyir, gecə ilə polislər kənd əhalisinə xəbərdarlıq edib ki, sel gəlir, evlərdən çıxın.  Biləsuvar rayon icra hakimiyyətinin adından yayılan məlumatdasa sel təhlükəsinə görə, xüsusi qərargah yaradılğı, həmin gecə 3 kənddə – Amankəndin bir hissəsində, Yuxarı Ağalı və Muğan kəndlərində bütünlükdə camaatın, onların mal-qarasının, ətraf obalarda heyvandarlıqla məşğul olanların sağ-salamat təxliyə edildiyi, kəndlərə giriş-çıxışın bağlandığı, sel təhlükəsi sovuşandan sonra onların geri qayıtdığı bildirilirdi. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da bu prosesə cəlb edildiyi deyilirdi.  Leyla Kərimovanın sözlərinə görə isə, İH onların təxliyyəsi...
Multimedia

İşçilərin təhlükəsizliyi yetərincə qorunurmu? - SORĞU

Fatimə Mövlamlı
31 May 2023
Hər il tikinti və istehsalat sahəsində bədbəxt hadisələr baş verir. Bu bədbəxt hadisələr bəzən ölümlə nəticələnir.  İşçilərin təhlükəsizliyi kifayət qədər qorunurmu?  Bakı sakinləri Toplum Tv-nin sorğusunda iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo