Şəhid dəfnlərini Hüseyniyyə mərasiminə çevirən kimlərdir? - DİN araşdırır
12-14 sentyabrda Azərbaycan – Ermənistan sərhəd bölgəsində baş verən silahlı qarşıdurmada şəhid olan Azərbaycan hərbçilərinin dəfn mərasimlərində bəzi dindar qrupların Hüseyniyyə şüarları ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Dəfn mərasimlərindən birində şəhid anası bu şüarlara etiraz edib.
Bəzi sosial şəbəkə istifadəçiləri şəhid dəfnlərinin bir məzhəb tərəfdarlarının təbliğat meydanına çevrilməsi ilə bağlı iradlar bildirib. Bir sıra ictimai şəxslər də məsələyə etiraz edib.
İlahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, şəhidlərin dəfn mərasimlərində İmam Hüseynin yad olunması normal haldır.
Daxili işlər Nazirliyinin Mətbuat xidmətindən həmin dindar qruplarla bağlı araşdırılma aparıldığı bildirilib.
Nazirlik araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat verəcəyini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?