Multimedia

Şəhidin qardaşı: "Onun ailəsi mən deyiləmsə, kimdir?"

29 Sentyabr, 2022
242

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova bildirilib ki, qanuna görə o "şəhid ailəsi" hesab olunmur. Lakin Müdafiə Nazirliyinin 20 sentyabr tarixində verdiyi arayışda göstərilir ki, Səbuhi Əhmədovun ailəsi AR Qanunun 1-ci maddəsinə görə şəhid ailəsi statusunu daşıyır. Sənan Əhmədov yerli mediaya açıqlamasında bildirib ki, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona təqdim etmək istədiyi birotaqlı evdən imtina edib.   

"Dedilər ki, sizə birotaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O yaşasaydı, dekabr ayına qədər mənzil alacaqdıq. Amma mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmərəm. Mənim qızım və həyat yoldaşım var. Hətta mənim kirayə qaldığım evdə belə, qonaqları qəbul etmək üçün zal var. Onlar da dedilər ki, sənə ikiotaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o birotaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onlar dedilər ki, qanun belədir, qardaş ailə hesab olunmur”. 

Sosial Xidmətlər Agentliyindən isə Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna görə də şəhid ailəsi statusu ona şamil edilmir. 

Hüquqşünas Əziz Qənbərov Toplum TV-yə açıqlamasında bildirib ki, qanunvericiliyə görə Sənan Əhmədova şəhid ailəsi statusu verilməli, imtiyazlar tanınmalıdır. 

"Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov birmənalı olaraq şəhid ailəsidir. Belə ki, mərhum prezident Heydər Əliyevin imzası ilə 3 sentyabr 1993-cü il tarixdə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər" haqqında 697 saylı qanunun 1-ci maddəsinə əsasən qardaşlar və bacılar şəhid ailəsinin üzvləri hesab edilirlər. 

Bundan başqa, Mülki Məcəllənin tələblərinə əsasən 1159.2-ci maddəsinə əsasən də qardaşlar və bacılar varis hesab edilirlər. Bu baxımdan da şəhid ailəsinə düşən bütün imtiyazlar da Sənan Əhmədova şamil edilməlidir." 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova bildirilib ki, qanuna görə o "şəhid ailəsi" hesab olunmur. Lakin Müdafiə Nazirliyinin 20 sentyabr tarixində verdiyi arayışda göstərilir ki, Səbuhi Əhmədovun ailəsi AR Qanunun 1-ci maddəsinə görə şəhid ailəsi statusunu daşıyır. Hüquqşünas isə bildirir ki, Sənan Əhmədov şəhid ailəsi statusuna malikdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

Milli Məclisin önündə etiraz: “Xəstəxanada ölən xəstənin şkafına baxıram ki, bəlkə mənə yarayan dərman olar”

Nuray Kamal
29 Noyabr 2022
Ziyafət Abbasova 2-ci qrup əlildir. O, 29 noyabrda Milli Məclisin önündə etiraz edib. Şikayətçi aldığı təqaüdün dərmanlarına çatmamasından gileylənir. Deyir, müvafiq qurumlara iş üçün dəfələrlə müraciət edib. Abbasova qalmağa evinin olmadığını deyir. Qeyd edir ki, qalmağa yeri olmadığından heç yerdə qeydiyyatda deyil. Buna görə də, şəxsiyyət vəsiqəsi deaktiv olub. O deyir, Dövlət Sosial Müdafiə Nazirliyinin qəbul şöbəsində ona Müşfiq qəsəbəsində iş təklif olunub. Ziyafət Abbasova etiraz etdikdən sonra polislərin müşahidəsi ilə Milli Məclisin qəbul şöbəsinə aparılıb və 30 noyabr tarixinə qəbula yazılıb.
Multimedia

“Naxçıvanlıların üzünə sevinc gəlib”-həbslərə və ixtisarlara reaksiya

Aytac Məmmədli
29 Noyabr 2022
Bu günlərdə Naxçıvanda baş verən hadisələr gündəmdir.  Muxtar respublikada bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində addımlar atıldığı görünür. Təkcə dünən Naxçıvan Dövlət Gömrük Komitəsinin ləğv edildiyi, maliyyə nazirinin həbs edildiyi xəbərləri gəlib. AXCP Naxçıvan Təşkilatının sədri Yaşar Bağırsoy Naxçıvan camaatının əhval-ruhiyyəsinin yüksək olduğunu deyir. Bakıda isə hadisələrə reaksiyalar fərqlidir. Bəziləri düşünür ki, Naxçıvanın Muxtar respublika statusu ləğv ediləcək, bəziləri də deyir ki, bunlar, sadəcə kosmetik dəyişikliklərdir

Seçilmiş Videolar

Toplum TV loqo