Şikayətçi: “İcra başçısının təhdidi ilə istefa ərizəmi yazdım”
Toplum TV-nin qaynar xəttinə müraciət edən Vasif Babayev iddia edir ki, Ağsu Rayon İcra Hakimiyyətinin tabeliyində olan su maşının sürücüsü olub. O, maşında olan problemləri icra başçısına məruzə etmək üçün onun qəbuluna gedib. Ancaq iddia edir ki, əsəbləşən icra başçısı təhdidlə onu işdən çıxmağa məcbur edib.
Bundan sonra Vasif Babayev prezidentin ünvanına şikayət məktubları göndərib.
Ağsu Rayon İcra Hakimiyyətinə təyin olunan yeni icra başçısı Rövşən Bağırov Vasif Babayevi qəbul edərək onu işlə təmin edəcəyi barədə vəd verib. Şikayətçinin sözlərinə görə, verilən vədlərə sonradan əməl olunmayıb.
https://toplum.tv/sosial/wolt-a-etiraz-eden-aksiyaci-cagirib-dediler-ki-dovletle-dovletcilik-eleme
Əlacsız qalan Vasif Babayevin tək ümidi Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi olub. O, bu mərkəzə də dəfələrlə üz tutub. Ancaq ordan da müsbət cavab almayan Vasif Babayev hazırda nə işləyəcəyini bilmir.
Ağsu Rayon İcra Hakimiyyəti Toplum TV- nin suallarını cavablandırıb. Bildirilib ki, Vasif Babayevin su maşını ilə təmin edilməsi mümkün olmayıb. "Əgər düşünürsə ki, onu qanunsuz işdən azad ediblər, adiyyatı üzrə məhkəmə orqanlarına şikayət edə bilər", - məlumatda qeyd olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür