Multimedia

Şikayətçi: Pulsuz dərmanları belə ala bilmirik

Məzahir Abdurahmanov
4 Avqust, 2022
1260

Cəmaləddin İsmayılov həyat yoldaşı Yeganə İsmayılovanın diabet testlərini altı aydır ki, ala bilməməsindən Qaynar Xəttə şikayət edib. Onun sözlərinə görə, həyat yoldaşı şəkərdən əlavə, 2009-cu ildən onurğa yırtığı, onkoloji xəstəliklər, zob və əsəb xəstəliklərindən əziyyət çəkir. Xəstəliklərin əziyyəti azmış kimi, Cəlilabad Rayonu Mərkəzi Xəstəxanasında da pulsuz almalı olduqları testləri ala bilmirlər. 

TƏBİB-in mətbuat katibi Zamirə Ədilova isə bildirir ki, şəkər testləri və insulin hər bir region üzrə mərhələli şəkildə paylanır. Onun sözlərinə görə, bütün dərmanlar var və vaxtlı-vaxtında çatdırılır. Nazirlər Kabinetinin qərarına görə, bir xəstəyə 40 vahid test və gün ərzində 2 tablet dərman verilir. Şəkər stripləri də mövcuddur. Yaxın günlərdə bölgü olub və paylanılıb. İkinci bölgü də proses mərhələsindədir. Şprislər və qlükometr aparatları ilə bağlı tender artıq elan edilib. Qısa müddətdə müqavilə bağlanan kimi tibb müəssisələrinə çatdırılmasına başlanılacaq. 

Cəmaləddin İsmayılov  həyat yoldaşının Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə edilmədiyindən də şikayətçidir.  

"Toplum TV" məsələni araşdırdıqdan sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki,  Yeganə İsmayılova xəstəxanaya dəvət edilib. 

TƏBİB-in xəstəxanadan "Toplum TV"-yə ünvanladığı cavabda bildirilir ki, pasiyentin belində olan protruziyanın müalicəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil deyil və xidmət ona ödənişsiz göstərilə bilməz. Bundan başqa, ona diabet dərmanlarının verilməsi də nəzarətə götürülüb. 

Eyni zamanda, qeyd edilib ki, həkim tərəfindən xəstəyə icbari tibbi sığorta çərçivəsində əməliyyat olunması təklif edilib, ailə isə bundan imtina edib. Y.İsmayılova həmçinin ona əlillik statusunun müəyyən edilməsi üçün də xəstəxanadan kömək istəyib. Xəstəxana qanun çərçivəsində yardım göstərəcəyini vəd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Multimedia

"Çıxar maaş kartını mənə ver, ailəmə yemək alım"

Toplum TV
3 Oktyabr 2023

Toplum TV

İlham Cəlilov 2-ci Qarabağ müharibəsinin qazisidir. Deyir ki, Füzuli, Xankəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 3 dəfə yaralanıb. Ilham Cəlilovun sözlərinə görə, əlillik dərəcəsinin təyin olunmasına görə 3 dəfə müraciətinə baxmayaraq, ona imtina cavabı verilib. İlham Cəlilov müharibədən əvvəl ailəsini rahat dolandıra bildiyini, hazırda isə belə imkanının olmadığını deyir. Fidan Ali
Multimedia

"30 ildir ki, mənzil növbəm gəlib çatmır"

Toplum TV
2 Oktyabr 2023

Toplum TV

Keçmiş tibb bacısı olan Qönçə Səmədova 30 ildir mənzil növbəsində olduğunu deyir. Əvvəl işlədiyi xəstəxanada 70 yaşına kimi yenidən tibb bacısı işləməyi tələb edərək Bakı şəhəri Baş Prokurorluq qarşısında aksiya keçirib.

Seçilmiş Videolar

Toplum TV loqo