Multimedia

Şikayətçi: Pulsuz dərmanları belə ala bilmirik

Məzahir Abdurahmanov
4 Avqust, 2022
324

Cəmaləddin İsmayılov həyat yoldaşı Yeganə İsmayılovanın diabet testlərini altı aydır ki, ala bilməməsindən Qaynar Xəttə şikayət edib. Onun sözlərinə görə, həyat yoldaşı şəkərdən əlavə, 2009-cu ildən onurğa yırtığı, onkoloji xəstəliklər, zob və əsəb xəstəliklərindən əziyyət çəkir. Xəstəliklərin əziyyəti azmış kimi, Cəlilabad Rayonu Mərkəzi Xəstəxanasında da pulsuz almalı olduqları testləri ala bilmirlər. 

TƏBİB-in mətbuat katibi Zamirə Ədilova isə bildirir ki, şəkər testləri və insulin hər bir region üzrə mərhələli şəkildə paylanır. Onun sözlərinə görə, bütün dərmanlar var və vaxtlı-vaxtında çatdırılır. Nazirlər Kabinetinin qərarına görə, bir xəstəyə 40 vahid test və gün ərzində 2 tablet dərman verilir. Şəkər stripləri də mövcuddur. Yaxın günlərdə bölgü olub və paylanılıb. İkinci bölgü də proses mərhələsindədir. Şprislər və qlükometr aparatları ilə bağlı tender artıq elan edilib. Qısa müddətdə müqavilə bağlanan kimi tibb müəssisələrinə çatdırılmasına başlanılacaq. 

Cəmaləddin İsmayılov  həyat yoldaşının Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə edilmədiyindən də şikayətçidir.  

"Toplum TV" məsələni araşdırdıqdan sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki,  Yeganə İsmayılova xəstəxanaya dəvət edilib. 

TƏBİB-in xəstəxanadan "Toplum TV"-yə ünvanladığı cavabda bildirilir ki, pasiyentin belində olan protruziyanın müalicəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil deyil və xidmət ona ödənişsiz göstərilə bilməz. Bundan başqa, ona diabet dərmanlarının verilməsi də nəzarətə götürülüb. 

Eyni zamanda, qeyd edilib ki, həkim tərəfindən xəstəyə icbari tibbi sığorta çərçivəsində əməliyyat olunması təklif edilib, ailə isə bundan imtina edib. Y.İsmayılova həmçinin ona əlillik statusunun müəyyən edilməsi üçün də xəstəxanadan kömək istəyib. Xəstəxana qanun çərçivəsində yardım göstərəcəyini vəd edib. 

Multimedia

Azərbaycanın hansı göstərici ilə rekord qırmağını istəyirsiniz?

Lida Abbaslı
Sənan İsmayıl
12 Avqust 2022
Dünyanın ən uzun bayraq dirəyi Azərbaycana gətirilib.  Ən uzun bayraq dirəyinə görə Tacikistandan sonra gələn Azərbaycan yenidən ən uzun bayraq dirəyinə görə Ginnes rekordlar kitabına düşməyi hədəfləyir. "Toplum TV" paytaxt sakinləri ilə  hansı göstəricilərlə ölkənin Ginnes rekordlar kitabına düşməsini istəmələri barədə sorğu keçirib. 
Multimedia

Ən uca bayraq dirəyinin qalmaqallı tarixçəsi

Məzahir Abdurahmanov
Roza Məmmədova
12 Avqust 2022
Dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib. Dirəyi Türkiyənin "Çimtaş" şirkəti istehsal edib. Ümumi hündürlüyü 191 metr olan dirək əvvəlkindən 29 metr uzun olacaq. Hazırda bayraq dirəyinin quraşdırılması prosesi gedir. Əvvəlki dirək dünyanın ən hündür bayraq dirəyi olaraq 2010-cu ildə Ginnes dünya rekordları kitabına düşmüşdü. Ancaq bir neçə həftə sonra Tacikistanın daha uca bayraq dirəyi inşa etməsi ilə Azərbaycan birinciliyini itirdi. Bu bir neçə həftəlik liderlik Azərbaycan büdcəsinə azı 30 milyon manata başa gəlmişdi. 2009-cu ildə quraşdırılan bayrağın yalnız dirəyi 4 milyon manat dəyərində idi. Bu məbləğin 20 milyon manatı Ehtiyat Fondundan, 10 milyon manatı isə birbaşa 2011-ci il...

Seçilmiş Videolar

Toplum TV loqo